Rasim Quliyev: "Laçın Azərbaycanın qürur mənbəyidir" - AÇIQLAMA

Rasim Quliyev: "Laçın Azərbaycanın qürur mənbəyidir" - AÇIQLAMA

"Şükürlər olsun ki, hər bir laçınlının arzusu çin oldu. Bu gün öz doğma torpağımıza ayaq basa, bu torpaqlarda sərbəst şəkildə gəzə bilirik. Bu anları yaşamağı çox arzulamışdıq. Eyni zamanda, bu günləri yaşamaq bizə çox uzaq görünürdü". Bu sözləri SİA-ya açıqlamasında Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev deyib.

"2022-ci ilin dekabrında Laçın dəhlizindən Azərbaycan təbii sərvətlərinin daşınmasına etiraz olaraq ekofəalların, ölkə ictimaiyyətinin və Qeyri-Hökumət Təşkilatlarının keçirdiyi aksiya zamanı bir il sonra dövlətimizin ərazi bütövlüyünün təmin olunacağını təsəvvür edə bilmirdik. Dövlətimizin təbii sərvətlərini talayanlar, bizə meydan oxuyanlar bugünkü gündə Azərbaycanın həbsxanalarındadır. Bu, Azərbaycan dövlətinin və ordusunun qüdrəti, Ali Baş Komandanın uzaqgörənliyidir",- deyə o əlavə edib.

R.Quliyev bildirib ki, Laçın Azərbaycan üçün həm mənəvi, həm geosiyasi baxımdan əhəmiyyət daşıyan bir məntəqədir: "Yolboyu Laçında görülən tikinti-quruculuq işlərinə nəzər yetirdikcə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Zəfər paradını xatırlayırdım. Həmin parad zamanı Ərdoğan "Ay Laçın, can Laçın" şeirini qısa da olsa boş yerə səsləndirməmişdi. Laçın Azərbaycan suverenliyininin simvolu, ərazi bütövlüyünü təmin edən mühüm qapılardan biridir. Sözün həqiqi mənasında, Laçın Azərbaycanın qürur mənbəyidir. Çox sevindiricidir ki, bu gün laçınlılar öz dədə-baba yurdlarında, öz doğma evlərində yaşayırlar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə