“Münaqişənin genişlənməsi ehtimalı mövcuddur” - MÜNASİBƏT

“Münaqişənin genişlənməsi ehtimalı mövcuddur” - MÜNASİBƏT

“İsrail öz ərazilərinin təhlükəsizliyini təmin etmək üçün ciddi addımlar atılacağını münaqişənin ilk günündə elan etmişdi. Həmin ərazilərdən mülki əhalinin çıxmasına da zaman vermişdi”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bu prosesdən HƏMAS tam əks istiqamətdə, yəni mülki əhalinin canlı qalxan kimi istifadəsinə üstünlük verdi: “Mülki əhalinin yaşadığı ərazilərin tam yaxınlığında və yaxud da yaşayış binalarının altında tunellər inşa edilib və bu tunellərdən də hazırda İsrailə qarşı istifadə etməkdədir. Münaqişənin genişlənməsi ehtimalı mövcuddur. Lakin burada 11 ölkənin 50-dən çox hərbi gəmisinin Yaxın Şərqdə yerləşdirilməsi münaqişənin genişlənməməsinə hesablanmış bir addımdır. Biz Azərbaycan dövləti olaraq İsrail-Fələstin arasında gedən bu münaqişənin genişlənməməsinin və ən qısa müddətdə atəşin dayandırılmasının tərəfdarıyıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə