"Qardaş ölkənin əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir" - Sahibə Qafarova
"Türkiyənin Birləşmiş Millətlər Təşkilatı, NATO, “Böyük iyirmilik”, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda yaxından iştirakı onu sülh və sabitlik uğrunda çıxış edən qlobal oyunçuya çevirib. Türkiyə diplomatiyası ixtilafların yoluna qoyulmasında, dialoqun inkişafında və sülh təşəbbüslərinin irəli aparılmasında söz sahibidir”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
Sədr vurğulayıb ki, siyasətini dünyəvilik, demokratiya və millətçilik kimi təməl prinsiplər əsasında quran Türkiyə son iyirmi ildə böyük siyasi və dövlət xadimi, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm uğurlara imza atıb.
"Qardaş ölkənin davamlı inkişaf yolunda əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Xalqlarımızın və dövlətlərimizin qardaşlığı və dostluğu bizim ən böyük sərvətimizdir",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB