"Fransa BMT-nin daimi üzvü olmağa layiq deyil" - TURAL GƏNCƏLİYEV

"Fransa BMT-nin daimi üzvü olmağa layiq deyil" - TURAL GƏNCƏLİYEV

"Fransanın son zamanlar Cənubi Qafqazla bağlı siyasətini ifşa etmək üçün tədbirlər həyata keçirilməlidir. Düşünürəm ki, biz bunu edirik". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat szölərinə belə davam edib: "Bu vəsilə ilə ötən gün ölkəmizdə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçirildi. Həmin konfransın iştirakçıları ilə Milli Məclisdə də görüş keçirildi. Biz onlara öz dəstəyimizi bildirdik. Fransa yeni müstəmləkəçilik siyasətinin adını dəyişərək həmin o əraziləri öz işğalı altında saxlayır. Biz bu zülmə qarşı həmin o xalqların səsinə səs verməliyik.

Biz ən azı ritorika səviyəsində Fransanın beynəlxalq təşkilatlarda apardığı aqressiv siyasəti pisləməliyik. Fransa BMT-nin daimi üzvü olmağa layiq deyil. Bununla bu ölkə beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermir, əksinə təhükə yaradır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə