“Türkiyə - Azərbaycan münasibətləri özünün ən yüksək inkişaf dövrünü yaşayır” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Türkiyə- Azərbaycan münasibətləri özünün ən yüksək inkişaf dövrünü yaşayır. Bu münasibətlər artıq bir millət, iki dövlət anlayışını çox-çox uzaqları keçərək həm cəmiyyət səviyyəsində, həm də insanlar səviyyədə və hətta iqtisadiyyatlar səviyyədə sıx inteqrasiyanı özündə əks etdirir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bu gün bu iki millət biri-biri ilə həm ruh, həm xaraktercə, həm də mənəviyyatca xeyli yaxın olublar: “Bu, bir strateji birlik formasıdır, Şuşa bəyannaməsi onun açıq ifadəsidir. Ölkələrimiz arasındakı strateji müttəfiqlik münasibətləri demək olar ki, misli görünməyən münasibətlər səviyyədə özünü göstərib və nəticə etibarilə bu bölgədəki iki ölkənin həm nüfuzuna, həm də bölgədəki strateji maraqlarına tam cavab verir. Türkiyə- Azərbaycan münasibətləri bölgədə yeni nizamın, yeni düzən formalaşmasında böyük rol oynayır və beləliklə də, bu iki dövləti beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevriliblər. Bundan sonrakı inkişaf bu münasibətləri yeni-yeni töhfələrlə zənginləşdirəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB