Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. SİA xəbər verir ki, iclasda bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Aparılan müzakirələrdən sonra 9 saylı Binəqədi ikinci, 24 saylı Nizami birinci, 25 saylı Nizami ikinci, 27 saylı Sabunçu ikinci, 29 saylı Sabunçu dördüncü, 35 saylı Xətai üçüncü və 50 saylı Abşeron üçüncü seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə