“Dövlət başıçısı çıxışı ilə yenidən bütün dünyaya sülh mesajı verdi” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda keçirilən beynəlxalq tədbirdə əsas etibarilə 3 məsələyə diqqəti çəkdi və onu beynəlxalq ictimaiyyət və iştirakçıların diqqətinə çatdırdı. Bunlardan biri 30 il Azərbaycana qarşı davam edən erməni işğalı və vandalizmidir. Cənab Prezident bu vandalizm nəticəsində Azərbaycan xalqının yaratdığı maddi-mənəvi irsin məhv edilməsi, fərq qoymadan müsəlman və ya xristian abidələrinə qarşı erməni barbarlığının törətdiyi cinayətlər haqqında danışdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, ikinci məsələ Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini diqqətə çatdıraraq, əldə etdiyimiz tarixi zəfər oldu:
“Bu zəfər Azərbaycanın yalnız və yalnız hərbi obyektləri hədəf alaraq, məhz müharibə qaydalarına uyğun müharibə apardığı və əldə etdiyi zəfərin nə qədər əhəmiyyətli olduğunu bildirdi.
Üçüncü vacib məsələ isə işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri ilə bağlı oldu. Azərbaycan məhz ötən iki il ərzində bütün işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri həyata keçirib, yol çəkib, elektrik-enerji stansiyaları qurmağı bacarıb. Beləliklə, Azərbaycan xalqı böyük qayıdışa imza atıb. Bu, təbii ki, görülən böyük işlərin nəticəsidir.
Şübhəsiz ki, dövlət başıçısı çıxışı ilə yenidən bütün dünyaya sülh mesajı verərək, bundan sonra da Azərbaycanın Ermənistanla sülh içərisində yaşamaq niyyətini bəyan etdi. Bu da ölkəmizin hüquqi dövlət olmasının bariz nümunəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB