“Ayrı-ayrı "siyasi liderlər" absurd fikirlərlə gündəmə gəlməyə çalışırlar” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Təəssüflər olsun ki, özünü radikal müxalifət adlandıran bir camiyə var ki, bunlar hər zaman olduğu kimi, dövlət və milli maraqları deyil, öz şəxsi maraqlarını, siyasi ambisiyalarını önə çəkərək absurd fikirlərlə gündəmə gəlmək və öz ağıllarınca insanları çaşdırmaq istəyirlər. Amma bu, mümkün olan məsələ deyil”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, cəmiyyət kimin kim olduğunu çox yaxşı bilir: “İstər Vətən müharibəsi dönəmində, istərsə də lokal antiterror tədbirlə zamanı dövlətin, ordunun yanında olmamaq, heç bir siyasi şəxsə, təşkilata baş ucalığı gətirməyəcək. Biz bu dəfə də gördük ki, "Milli Şura", AXCP və Müsavatda təmsil olunan ayrı-ayrı "siyasi liderlər" absurd fikirlərlə gündəmə gəlməyə çalışdılar. Zaman-zaman sözügedən şəxslər deyirdi ki, Azərbaycan niyə antiterror tədbirləri həyata keçirmir, nəyi gözləyirik? Niyə Xankəndinə bayraq taxmırıq? Bu "siyasilər" antiterror tədbirləri başlayan kimi absurd bəyanatlar verməyə başladılar. Belə bir məqamda dövləti hansısa bir məsələdə suçlamaq və dövlətin yanında olmamaq antiterror tədbirlərinə dəstək verməmək, təbii ki, bir daha həmin şəxslərin iç üzünü açıb ortaya qoydu. Göstərdi ki, bu şəxslər əslində öz dövlətinə, millətinə deyil, əlləri cibində olduqları o Qərbdəki ağalarına, onların mənafelərinə daha çox xidmət edirlər. Lakin bunların nə etməsindən asılı olmayaraq, onlar heç vaxt Azərbaycan dövlətinin imicinə xələl gətirə bilməyəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB