Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək

Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasında çıxış edəcək. SİA xəbər verir ki, o, bu sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənəcək.

C. Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında çıxış edib.

Qeyd edək ki, nazir ABŞ-ın Nyu-York şəhərində səfərdədir.

Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır və hazırda BMT-yə üzv olan 193 ölkənin BMT baş Assambkeyasında da təmsil olunur. Assambleyanın əsas iclası hər ilin sentyabr ayların keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə