Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti və söylədiyi fikirlər Ukraynanın nüfuzlu KİV-lərində geniş işqlandırılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Ukrinforum”, “UNİAN”, “Qordon”, “Korespondent”, “Obozrevatel”, “Fakti”, “Yevropeyskaya Pravda”, “Ukraynskaya Pravda”, “Azadlıq” radiosunun Ukrayna Redaksiyası, “İnformator”, “New Voice”, “Suspilne Novini”, “Deutsche Welle”nin Ukrayna Redaksiyası, “Liqa” informasiya agentlikləri və xəbər portallarında oxuculara Azərbaycan Prezidentinin fikirləri Ukrayna, rus və ingilis dillərində çatdırılıb.
Məqalələr Prezident İlham Əliyevin “Azərbaycan Qarabağda antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etdi” fikri xüsusi olaraq vurğulanıb. Məqalələrdə Azərbaycan Prezidentinin müraciətdəki digər fikirləri də yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə