“Qələbə Azərbaycan xalqının gözlədiyi nəticədir” - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

“Lokal antiterror tədbirlərinin qələbə ilə başa çatması gözlənilən idi. Çünki Azərbaycan dövləti ötən üç ilə yaxın müddətdə təmkinlə, səbrlə erməni separatçılarına, terrorçularına və onların arxasında olan güclərə anlatmağa çalışırdı ki, gərək olacağı təqdirdə məsələni güc yolu ilə həll edə bilərik”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti birmənalı şəkildə bildirdi ki, bizim səbrimizi daşırmayın, əgər daşırsanız dəmir yumruq yerindədir: “Faktiki olaraq cəmi bir sutka çəkən lokal antiterror tədbirləri onun sübutu oldu. Ermənilərə anladıldı ki, biz bunu da bacarırıq və eyni zamanda, ermənilərin havadarlarına onları üzərimizə qaldıranlara da göstərildi ki, Azərbaycan dövləti ilə belə danışmaq olmaz. Sadəcə möhtəşəm bir hərəkatdır. Bütün Azərbaycan xalqının gözlədiyi nəticədir. Bu qələbə Azərbaycan dövlətinin, ordusunun və xalqının tarixi bir qələbəsidir. Əsirlər keçəcək xalqımız daima bu günləri böyük sevinc və qürur hissi ilə qeyd edəcək. Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə uzun ömür, cansağlığı versin. Bu qələbənin üzərində Azərbaycan dövlətinin sürətli inkişafını daha da irəliyə aparaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə