"Ağdam-Xankəndi yolundan Qarabağdakı ermənilərə humanitar yardım aparan Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus yük maşının keçidini alqışlayırıq".
SİA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" hesabında yazıb.
"Növbəti addım kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ağdam-Xankəndi və Laçın yolundan istifadə edərək Qarabağa humanitar yardımları çatdırmasını dəstəkləyirik",- diplomat bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB