“Dünya birliyi görsün ki, biz 30 ildir hansı zülmü çəkirik” - MÜNASİBƏT BİLDİRİLDİ

“Dünya birliyi görsün ki, biz 30 ildir hansı zülmü çəkirik” - MÜNASİBƏT BİLDİRİLDİ

“Sentyabrın 11-də Azərbaycanın Qarabağ iqtisadi rayonunun müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi bölgədə qeyri-qanuni erməni silahlı dəstələri növbəti təxribata əl atıblar. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq Azərbaycan ordusunun Xocavənd rayonu istiqamətindəki mövqelərinə yönləndiriblər. Onlar itdən sui-qəsdçi kimi istifadə etməyə cəhd olunub. Lakin hərbçilərimizin sayıqlığı nəticəsində bu təxribatın qarşısı alınıb. Heyvanın üzərindəki partlayıcı qurğu zərərsizləşdirilib. Bu fakt əslində dəhşətvericidir”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Elman Cəfərli sözlərinə belə davam edib: “Görün biz kimlərə “Azərbaycana inteqrasiya olunun, dinc yaşayaq” deyirik. Dünya birliyi görsün ki, biz 30 ildir hansı zülmü çəkirik. Kimlərlə üz-üzəyik. Ermənistan hamilərinin köməyi ilə 30 il torpaqlarımız işğal altında saxladı. 1 milyondan çox soydaşımızı doğma yurdundan didərgin saldı. Yeraltı təbii resurslarımızı, qızıl, mis mədənlərimizi ekoloji norma və standartlara uyğun olmayan şəkildə istismar etdi. Meşələrimiz talan olundu, su resurslarımız istismar olundu, çaylarımıza çirkab suları, ağır metallarla zəngin zəhərli tullantılar axıdıldı. Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni irsimiz məhv edildi, düşmən o torpaqlarda izlərimizi silməyə cəhd etdi. 30 ildir bütün bunları dünyaya anlatmağa çalışırıq. Bizə inananlar da var idi, inanmayanlar da. Hər şey ortadadır. Ermənilər elə bir toplumdur ki, onlarla daimi və dayanıqlı sülhə etibar etmək olmaz. Beyni “Böyük Ermənistan” ideyası ilə zəhərlənmiş bu revanşist toplum amalına çatmaq üçün bütün canlı təbiətə, insanlara, ağaclara, heyvanlara rəhm etməz. Baş verən bu hadisə erməni xislətini bir daha ortaya çıxardı. Və bizi düşünməyə vadar etməlidir: bu barbar toplumla birgə necə yaşayacağıq? “Türkün qanı halaldır” deyib qoca və qadınlarımızı, məsum körpələrimizi zaman-zaman toplu şəkildə qətl ediblər. Hərçənd mərd düşmən gücsüz, günahsız insanı öldürməz. Bunlar onu da ediblər. İndi sıra Allahın dilsiz-ağılsız qullarına-heyvanlara çatıb. Nə deyəcəyimi belə bilmirəm. Sözün bitdiyi yerdir. Dünya birliyi, beynəlxalq təşkilatlar buna biganə qalmamalıdır. Dünyanın nüfuzlu humanitar təşkilatlarına, heyvan haqqlarına qoruma birliklərinə ekoloqlara müraciət olunmalı, erməni vəhşiliyi pislənməlidir. Bu, insanlıqdan uzaq, antihumanist bir hərəkətdir, barbarlıqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə