Komitə sədri Ağstafada vətəndaşların müraciətlərini dinləyəcək

Komitə sədri Ağstafada vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 15-də Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlarla görüşəcək. SİA xəbər verir ki, qəbul saat 15:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri (Əlaqə vasitələri: (022) 315 38 91, (055) 300 99 82, [email protected], [email protected]) xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə