PREZİDENT İLHAM ƏLİYEV: "Biz hədəfə doğru gedirdik, gedirik və bir çox hədəflərə çatmışıq"
Bəli, bu gün "Dəmir yumruğ"un gücü ilə "Qarabağ Azərbaycandır!" dirçəliş yolundadır. 44 günlük müharibəni şanlı qələbə ilə başa çatdırdıqdan sonra Azərbaycan dövlətinin qarşısına qoyduğu milli prioritetlərdən biri də işğaldan azad etdiyi torpaqlara tezliklə Böyük qayıdışı gerçəkləşdirmək idi. Buna görə də Vətən müharibəsindən dərhal sonra tarixi ərazilərimizdə geniş quruculuq və bərpa işlərinə start verildi. Qarabağa və Şərqi Zəngəzura yenidən həyatın qaytarılması üçün birbaşa dövlət başçısı İlham Əliyevin şəxsi nəzarəti və diqqəti altında bu ərazilərdə dünyada misli görünməmiş meqalayihələrin icrasına başlanıldı.
Prezident İlham Əliyevin tapşırığına əsasən iyulun 21-də "Heydər Əliyev ili" çərçivəsində Azərbaycan mili mətbuatının 148-ci ildönümü ilə bağlı Zəfərimizin tarixi olan Şuşada 3 gün davam edən I Şuşa Qlobal Media Forum çərçivəsində dövlət başçımız tərəfindən Azərbaycan xalqına və bütün dünya ölkəmizin ictimaiyyətinə bir sıra vacib mesajlər ötürüldü.
Dövlətimizin başçısı çıxışı zamanı işğaldan işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsinin əsas məsələlər sırasında olduğunu və Böyük Qayıdışa ən böyük əngəl yaratdığını bildirdi. Doğrudur, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Bu, həm on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir.
MİNA XƏRİTƏLƏRİNİN VERİLMƏSİ PREZİDENT İLHAM ƏLİYEVİN QƏTİYYƏTLİ İRADƏSİNİN MƏNTİQİ NƏTİCƏSİ VƏ DAHA BİR PARLAQ DİPLOMATİK QƏLƏBƏSİDİR
Ermənilər tərəfindən basdırılmış çoxsaylı minalar yüz minlərlə məcburi köçkünün işğaldan azad olunmuş rayonlara qaytarılmasına ciddi maneə yaradır. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın mina xəritələrini verməyə məcbur etmək üçün apardığı məqsədyönlü və prinsipial siyasət öz məntiqi nəticəsini verməkdədir. Bu, 30 il işğal altında saxlanılan Qarabağın azad olunması ilə nəticələnmiş Zəfərdən sonra dövlətimizin başçısının növbəti qələbəsi kimi səciyyələndirilməlidir.
Bu siyasətin nəticəsi olaraq böyük beynəlxalq aktorlar Ermənistanın minalanmış ərazilərin xəritəsini verməsi barədə Azərbaycan tərəfinin haqlı tələblərini, dövlət sərhədinin delimitasiyası ilə bağlı təkliflərini dəstəkləyir. Bu gün bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bu barədə danışan Prezident İlham Əliyev deyib: “Əgər Ermənistan sülh istəyirsə, bizim də sülh sazişinə ehtiyacımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr, peşman olacaqlar”.
Və bu gün mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin qətiyyətli iradəsinin, bu istiqamətdə atdığı məqsədyönlü addımların məntiqi nəticəsi, növbəti parlaq diplomatik qələbəsidir. Bu, on minlərlə vətəndaşımızın həyatını və sağlamlığını təhlükələrdən xilas edəcək, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirməyə imkan verəcək.
"MİNATƏMİZLƏMƏ PROSESİ BÖYÜK QAYIDIŞA ƏN BÖYÜK ƏNGƏLDİR"
Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib ki, minatəmizləmə prosesi (Böyük Qayıdışa – red.) ən böyük əngəldir: "Çünki bu iki il yarım ərzində gördüyümüz işlər təkcə onu göstərmir ki, bizim maliyyə imkanlarımız var. Onu göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var",-deyərək onu da vurğuladı ki, bu miqyasda layihələri iki il yarım ərzində həyata keçirmək, məncə, heç kimin ağlına gəlməzdi: "Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il yarım ərzində bu qədər genişmiqyaslı işlər görüləcək, özü də böyük ərazidə. On min kvadratkilometri əhatə edən ərazidə durmadan, gecə-gündüz işlər gedir".
Bəli, əsas məsələ…
"QARABAĞIN VƏ ŞƏRQİ ZƏNGƏZURUN BƏRPASI PROSESİNİN BİRİNCİ MƏRHƏLƏSİNDƏ ƏSAS VƏZİFƏMİZ 8 ŞƏHƏRİ VƏ 100 KƏNDİ YENİDƏN QURMAQDIR"
Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb, "Böyük Qayıdış" proqramı qəbul edilib, proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. İnfrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təxminən 7 milyard ABŞ dollarına bərabər olacaq. Bu, ancaq başlanğıcdır.
"Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıb", - deyə dövlət başçısı bildirib.
Bəli bu gün ….
TARİXİ ZƏFƏRİMİZDƏN CƏMİ İKİ İL YARIM ƏRZİNDƏ QARABAĞIN DİRÇƏLİŞİ YOLUNDA BİR ÇOX DÖVLƏTLƏRİN 10 İL ƏRZİNDƏ GÖRƏ BİLMƏDİYİ İŞLƏRİ REALLAŞDIRIB
Bəli, tarixi Zəfərimizdən iki il yarım keçməsinə baxmayaraq görülən işlər göz qabağındadır. Azərbaycan Prezidenti "Dəmir Yumruğ"un gücü ilə 44 günlük zəfər qələbəmizdən keçən cəmi iki il yarım ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur. Şuşaya Zəfər yolu, Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, dini-tarixi abidələr bərpa olunur. İnfrastruktur layihələri icra olunur. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır.
Cəmi iki il yarım öncə Vətən müharibəsi başlayanda İlham Əliyev xarici KİV-ə verdiyi müsahibələrdə qətiyyətlə, inamla deyirdi ki, işğaldan azad edilmiş torpaqlar yenidən qurulacaq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Yeni-yeni infrastrukturlar yaradılacaq. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda siyasi münasibətlər sahəsində də müsbət meyillər güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Hər kəs şahiddir ki, erməni vandallarının daşı daş üstündə qoymadığı torpaqlarımızda ikil il yarımda hansı işlər görülüb və bu quruculuq işləri hər gün davam etdirilir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, yaxın illərdə Qarabağ yenidən cənnətməkana çevriləcək. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq. Və bu günədək Azərbaycan Prezidentinin bəyan etdiyi bütün hədəflərə nail olunması bunu təsdiqləyir.
Bəli, bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir.
AZƏRBAYCAN BÖYÜK QAYIDIŞI ÖZ DAXİLİ MALİYYƏ MƏNBƏLƏRİ HESABINA REALLAŞDIRIR
Bəli, Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub. Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.
Göründüyü kimi, günümüzün reallığı deməyə əsas verir ki, regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir və Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Və arzuları gerçəyə çevirəcək Böyük Qayıdışa dair I Dövlət Proqramında əks olunan hədəf, məqsəd və vəzifələrin icrası bölgədə məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcək və bu nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir və Azərbaycan düzgün yoldadır, uğurlu gələcəyə inamla addımlayır.
Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB