14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün FOTOLAR

14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün FOTOLAR

“Heydər Əliyev İli” çərçivəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin edilməsinin 54-cü ildönümü münasibətilə “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirilib. Konfransda əvvəlcə Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib. Bildirib ki, Ulu öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir. Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, düşünülmüş və gərgin fəaliyyəti Azərbaycanın ictimai-siyasi həyatında yeni bir tarix yaradıb. Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 14 iyul 1969-cu il ölkəmizin tarixinə dönüş günü kimi yazılıb. Bu baxımdan, bu gün Ulu Öndər xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Möhtərəm prezidentimiz İlham Əliyevin dəmir iradəsi, Xalq-Ali Baş Komandan-Ordu birliyi sayəsində qüdrətli dövlətimizdə əldə olunmuş müstəqilliyimizin təməli elə 14 iyul 1969-cu ildə qoyulub desək səhv etmərik.Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyev dühasının müstəsna yeri vardır. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və büro üzvü seçildi. Bu tarix xalqımızın yaddaşında ən şərəfli gün kimi qalır. Heydər Əliyev Sumqayıtın sadə zəhmətkeşlərinin əməyini həmişə yüksək qiymətləndirmiş, onların keçmiş SSRİ-nin ali orden və medalları ilə, müxtəlif fəxri adlarla təltif edilməsinə nail olmuşdur. Sumqayıtlılar da öz növbəsində əməyi həmişə yüksək qiymətləndirən Heydər Əliyevə xüsusi rəğbət bəsləyir, onu öz himayədarı hesab edirdilər.Sumqayıt Dövlət Universiteti Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov, Sumqayıt Tibb Mərkəzinin direktor müavini Arzu Bəndəliyeva, Partiya veteranı Nigar Cəfərova, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Gülşən Zeynalova “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda məruzə ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə