Protokol Azərbaycana münasibətdə bu il noyabrın1-də qüvvəyə minəcək
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 16 saylı Protokolunun ölkəmiz tərəfindən ratifikasiya edilməsinə dair sənədi (təsdiqnamə) Avropa Şurasının Baş katibinin müavini Byorn Berqeyə təqdim edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 16 saylı Protokol Azərbaycan Respublikası adından 2022-ci il noyabr ayının 18-də Strasburq şəhərində imzalanıb və Azərbaycanın 2023-cü il 24 fevral tarixli 821-VİQ nömrəli Qanunu ilə təsdiq edilib.
Protokol Azərbaycana münasibətdə 2023-cü il noyabrın 1-də qüvvəyə minəcək. Bununla, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Konvensiyada və onun Protokollarında müəyyən olunan hüquq və azadlıqların şərhi, yaxud tətbiqi ilə bağlı prinsip xarakterli məsələlərlə əlaqədar məsləhət rəylərinin verilməsinə dair Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanına malik olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB