"İin axırına kimi Azərbaycan bu məsələni həll etməlidir” - POLİTOLOQ ŞƏRH ETDİ

"İin axırına kimi Azərbaycan bu məsələni həll etməlidir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan silahlı qüvvələrinin qalıqları Qarabağda qalmaqdadır. Rusiya sülhməramlı isə onları Azərbaycanlılara qarşı təxribatlara sövq edir”. Bu sözləri SİA-ya açıqlamasında Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, buna görə də burada sülh və təhlükəsizlikdən söhbət gedə bilməz: “Xüsusilə Azərbaycanla Ermənistan arasında Vaşinqton danışıqları fonunda bu kimi təxribatların davamlı olacağını istisna etmirəm. Buna görə də Azərbaycan artıq qisas əməliyyatına başlamalı, buradan erməni silahlı qüvvələrinin qalıqlarını təmizləməlidir. Durmadan davam edən təxribatlar bizim apardığımız bərpa, quruculuq işlərinə də mane olur.

Proseslər böhrana doğru gedir, vəziyyət mürəkkəbdir. Azərbaycan erməni təxribatına səbrli yanaşa bilməz. Çünki regionda yeni bir geosiyasi nizam formalaşır və bu nizamı konkret olaraq Azərbaycan diqtə edir. Buna görə də sülh və təhlükəsizlik platformasını təhdid edən erməni silahlı birləşmələri bizim üçün başağrısıdır. Rusiya təbii ki, burada erməni silahlı birləşmələrinin mövcudluğunu qorumağa çalışacaq. Amma bu da bizim əlavə çətinliklərə səbəb olacaq. Düşünürəm ki, ilin axırına kimi Azərbaycan bu məsələni həll etməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə