Quran'i Kərimin yandırılması ilə bağlı İlahiyyatçı Hacı Surxay bəyanat verib
Quran'i Kərimin yandırılması ilə bağlı İlahiyyatçı Hacı Surxay Məmmədli bəyanat verib. SİA bəyanatı təqdim edir:
Bismillahir-rahmənir-rahim
Səmavi kitabların sonuncusu olan Qurana belə bir təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin ardıcıl müdafiəçisi qismində çıxış edən bir ölkədə nümayiş etdirilməsi olduqca acınacaqlı və fəsadlıdır. Qurani Kərim sonuncu səmavi kitab olaraq bütün . Belə ki, demokratiya pərdəsi altında çirkin, insanlıqdan uzaq hərəkətlərin baş verməsi demokratiya adına ləkədir və ondan sui-istifadədən başqa bir şey deyil.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, həqiqi din xadimlərinin dünyada dinlərarası dialoq və əməkdaşlıq sahəsində real nəticələr əldə etmək yönündə böyük səylər göstərdiyi bir vaxtda etiqad etdiyi dinin daxilində də təfriqə salan üzdəniraqlar tərəfindən törədilən təxribat islamafobiya dalğasını yenidən qabartmağa xidmət məramı daşıyır.
Dünyada bir milyarddan artıq müsəlmanın heysiyyətinə toxunan bu hadisəyə qəti etirazını bildirib və Qurani Kərim yandırılan dövlətin rəhbərliyi və cəmiyyətini, milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün dünya ictimaiyyətini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, təxribatçıların öz mənfur niyyətlərinə çatmalarının qarşısını birgə səylərlə almağa çağırıraim.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB