"Azərbaycan və Türkiyə dünyada unikal bir münasibətə sahibdir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan və Türkiyə dünyada unikal bir münasibətə sahibdir" - DEPUTAT ŞƏRH ETDİ

“Ümumiyyətlə, Azərbaycan və Türkiyə münasibətləri xüsusi bir əhəmiyyətə və tamamilə fərqli istiqamətə sahibdir. Azərbaycan və Türkiyə sadəcə qardaş ölkə deyil, eyni zamanda bu iki dövlətin dünyada unikal olan bir münasibətə sahib olmalarının səbəbi hər iki ölkənin mükəmməl qardaşlıq münasibətlərinə sahib olan cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan kimi liderinin olmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.

Onun sözlərinə görə, bu baxımdan Ərdoğanın seçkilərdə xalqın səsini qazanaraq yenidən prezident olduqdan sonra Şimali Kiprin ardınca ilk rəsmi səfərini Azərbaycana etməsi heç də təsadüfi deyil: “Bunu artıq təbii olaraq qardaşın qardaşa verdiyi dəstəyin bir təcəssümü kimi qəbul etmək lazımdır. Son dövrdə Azərbaycan-Türkiyə iqtisadi, siyasi, sosial münasibətləri günü-gündən bütün sferaları özündə əhatə edərək güclənməkdədir.

Əminəm ki, Azərbaycana olan səfər çərçivəsində hərbi-siyasi əməkdaşlıq, münasibətlərin inkişaf predmeti ilə bağlı geniş aspektli diskussiyalar, inteqrasiya və əldə olunmuş müttəfiqlik razılaşmalarındakı müddəalara uyğun olaraq əlaqələrin daha da gücləndirilməsi istiqamətində 2023-cü ildə yeni səhifələrin şahidi olacağıq. Bu istiqamətdə həyata keçirilən layihələr də Azərbaycan və türk xalqlarının birlik və bərabərliyinə xidmət edəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə