Əli Kərimli və adamları yenə də təxribatların önündədirlər TƏHLİL

Əli Kərimli və adamları yenə də təxribatların önündədirlər TƏHLİL

Gədəbəyin Söyüdlü kəndində baş verənlərdə Rusiyanın Bakıdakı əlaltılarının da izi görünür

Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrin üstündən bir qədər vaxt keçdikcə təxribatların kimlər tərəfindən və nəyə görə törədilməsinə dair yeni-yeni məlumatlar üzə çıxır. Hadisə ilə bağlı ölkənin bütün diqqəti Gədəbəyin Söyüdlü kəndinə yönəldi. Baş Nazir Əli Əsədovun sərəncamı ilə kənd ərazisindəki ekoloji vəziyyətin öyrənilməsi üçün komissiya yaradıldı. Artıq komissiya üzvləri ərazidə olub, monitorinq aparıb və kənd əhalisi ilə görüşüb, onların istəklərini dinləyib. Səmimi və mehriban şəraitdə keçən görüşdən sonra kənd əhalisi dövlətin məsələlərə səbirlə və həssaslıqla yanaşmasına görə minnətdarlıqlarını bildiriblər. Hazırda da bu istiqamətdə müvafiq qurumların nümayəndələri tərəfindən işlər aparılır. Xırda insidentin dövlətə qarşı böyük aksiyaya çevrilməsinin qarşısı alınıb.Bəs necə oldu ki, dövlətin yanında olan vətəndaşlar birdən-birə polislə üz-üzə gəldi? Ucqar kənddə bu cür xoşagəlməz durumun yaranmasının arxasında kimlər dayanır?Hadisədə Rusiya ilə bağlı olan “5-ci kolon”un iştirakına dair təkzibolunmaz dəlillər var ki, bununla bağlı faktları aşağıda təqdim edəcəyik.NUHÇIXAN-ın əldə etdiyi məlumata görə, baş vermiş hadisə xarici xüsusi xidmət orqanları tərəfindən məqsədyönlü şəkildə təşkil və idarə olunub, bu zaman sadə kənd əhalisi ilə manipulyasiya edilib.Gəlin bir neçə ay öncəyə nəzər salaq. Azərbaycanın ekofəalları, dövlətimiz bir neçə ay bundan öncə Laçın-Xankəndi yolunda aksiya təşkil etdi və ermənilərin yataqlarımızdan qanunsuz istifadəsi, gizli yollarla silah daşımasının qarşısı alındı. Dolayısı ilə Azərbaycan Rusiyanın “Ruben Vardanyan layihəsini” dardamağın etdi və sülhməramlıların müvəqqəti nəzarətində olan yataqların qanunsuz istismarına imkan verilmədi.Ardınca Azərbaycan Laçında keçid məntəqəsini qurdu. Bütün bunlar baş verən zaman ermənilər hər dəfə sərhəddə təxribatlar törətdilər. Hesab elədilər ki, bununla dövlətimizin qəti qərarlarına əngəl törədib, prosesi öz xeyirlərinə dəyişəcəklər. Lakin buna nail ola bilmədilər. Azərbaycan hərb meydanındakı uğurları ilə yanaşı beynəlxalq siyasi meydanda da uğurlu siyasət apararaq düşməni sarsıtdı və artıq son həftələrlə Ermənistan da başa düşdü ki, sülh müqaviləsini imzalamaqdan başqa çıxış yolu yoxdur. Sülh müqaviləsi ilə bağlı gələn həftə ABŞ-da danışıqların növbəti raundu planlaşdırılır.Bundan başqa, Azərbaycan dünən Londonda keçirilən Ukraynanın bərpasına dair konfransda iştirak edib və Ukraynaya humanitar yardımları davam etdirəcək.Əlbəttə ki, bütün bu məqamlar əsasən bir ölkədə- Rusiyada narazılıq doğurub. Bununla da Azərbaycanda süni yolla qarşıdurma yaratmaq üçün təxribata start verilib.

Rusiya və Azərbaycanın dağıdıcı müxalifəti niyə narahatdır?

Təxribatın hazırlanmasında və həyata keçirilməsində Rusiyada iri biznes şəbəkəsinə malik şəxslər, o cümlədən Afiq Allahverdiyev,Etibar Cabbarov,Dadaş Şirinov və digərləri təşkil ediblər. A.Allahverdiyev və E.Cabbarov Rusiya Federasiyasının vətəndaşıdırlar, Rusiyada yaşayırlar. Hər iki şəxs hadisədən bir müddət əvvəl yasda iştirak adı ilə Gədəbəydə olublar. Onlar kəndə böyük vəsait pulla gəliblər. Burada onlar kənd sakinləri arasında nüfuzlu, sosial şəbəkələrdən istifadə etməyi bacaran şəxsləri müəyyən ediblər. Bundan sonra 400 nəfərlik “Whatsap” qrupu yaradılıb.Dadaş Şirinov qızıl yatağında işləyən şirkətdə sürücü kimi çalışıb və daim Allahverdiyev və Cabbarovla əlaqədə olub. Onun Allahverdiyevdən konkret təlimatlar aldığı məlumdur. O, həmçinin aksiyadan çəkilmiş görüntülərin Tik-tok-da geniş yayılmasını təmin etməli idi. Bundan başqa, D.Şirinov təxribatın növbəti mərhələsində çalışdığı müəssisənin işçilərini də aksiyaya cəlb etməli və tətilə səsləməli idi.“Whatsap” qrupu üzərindən danışıqlar zamanı A.Allahverdiyev Söyüdlü kənd sakinlərini “ekoloji problemlə” bağlı mütəmadi olaraq “məlumatlandırıb”, xüsusilə yataqda “texnologiyanın standartlara uyğun olmaması, gölün üstünün açıq olması, sızıntı olması, gölün dolub daşması, insanların xəstə olması, ağciyər, xərçəng, damar xəstəliklərinin yaranması, insanların çətin nəfəs alması” və s. bu kimi amilləri əsas gətirərək dövlət qurumlarına etirazlar göndərilməsinə dair təlimatlandırıb.İyunun 20-də baş vermiş qarşıdurma zamanı da Allahverdiyev kənd sakinlərini aqressiv tərzdə istiqamətləndirib, onları İcra Hakimiyyətinin qarşısına toplaşmağa çağırıb və s. Qrupda ən radikal addımlar atmağa dair çağırışlar olub ki, bunu da aşağıdakı səs yazılarından dinləyə bilərsiniz. Səs yazılarında açıq şəkildə təxribatların hazırlanması üçün pul yığıldığı, aksiya edənlərlə bağlı hesabatların istənildiyi eşidilir. İnsanlar küçələrə çıxarılır.

Təxribatların genişləndilməsinə cəhdlər göstərilib

Hadisə baş verən gün sakinlər məhz bu tapşırıqlara və göstərişlərə uyğun hərəkət ediblər.Məlum olub ki, təxribatın hazırlanması zamanı təşkilatçılar Gədəbəyin keçmiş icra başçısı, bir müddət həbsdə olmuş AXCP üzvü Saleh Rüstəmov və onun oğlu Sezgin Rüstəmovla da təmasa keçiblər. Vaxtilə Moskva bazarlarından Əli Kərimli üçün pul toplaması ilə tanınan S.Rüstəmov və oğlu təxribatçılara lazımi dəstək olacaqlarına söz veriblər.S.Rüstəmov mövzunu siyasiləşdirərək AXCP-nin gündəminə çıxarmalı, oğlu Sezgin isə gənclər arasında təbliğat işi görməli idi.Nazim Məmmədov (Bəydəmirli) əldə olunan məlumata görə, təxribatçıların Rusiya ilə bağlı “5-ci kolon” üzvlərindən olan keçmiş millət vəkili Nazim Məmmədov ilə də təmasları olub və N.Məmmədov Bakıdan bu proseslərin koordinasiyası ilə məşğul olub. Məlumat üçün bildirək ki, vaxtilə vergilər naziri Fazil Məmmədovun dəstəyi və Ramiz Mehdiyevin razılığı ilə parlamentdə təmsil olunmuş N.Məmmədovun bir müddət AXCP-yə maliyyə dəstəyi ayırdığı məlumdur.İyunun 21-də sakinlərdə peyda olan şüar və plakatlar kənddə deyil, Gəncədə sexlərdən birində hazırlanıb. Həmin sexin videosunu təqdim edirik:Qarşıdurma zamanı xüsusi canfəşanlıq edənlərə pul verilib, onlara polisi təxribata çəkmək, onların özlərinə və ailələrinin ünvanına ağır söyüşlər səsləndirməklə hövsələdən çıxarmaq və sərt reaksiyaya təhrik etmək tapşırılıb.Təxribatın informasiya təminatı üçün Meydan TV, Toplum TV və bir sıra digər “bloger”lər əvvəlcədən hadisə yerinə gəliblər, bir neçə kamera ilə müxtəlif rakurslardan çəkiliş ediblər. Bu zaman polisə qarşı təhqir və zorakılıq halları göstərilməyib, yalnız cavab tədbirləri geniş çəkilərək yayılıb.Bütün bunlarda əsas məqsəd – xırda insidenti böyüdərək dövlətə qarşı aksiyaya çevirmək olub.Amma dövlətin çevik reaksiyası, vətəndaşların məsuliyyətli yanaşması və icra orqanlarının əhali ilə təması nəticəsində təxribatın qarşısı alınıb.Bundan sonra da əhali ilə yuxarıda qeyd etdiyimiz kimi, danışıqlar aparılacaq və kimlərinsə məkrli, xain istəkləri baş tutmayacaq. Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli həbs edilib. Məhkəmənin qərarı ilə ona qarşı 4 aylıq həbs-qətimkan tədbiri seçilib: “Saleh Rüstəmov Rusiya vətəndaşıdır, orada yaşayır, Azərbaycana qonaq gəlmişdi. Şəmkirdə saxlanılaraq barəsində həbs qərarı çıxarıldı. Vidadi Rüstəmli isə Bakıda saxlanılıb. Onların həbsinin səbəbləri bizə bəlli deyil”.

Əli Kərimlinin adamı yenə də iş başındadır

Xatırlatmaq lazımdır ki, Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Haimiyyətinin başçısı olub. Vəzifəsində arxivə göndərildikdən sonra Rusiyaya üz tutub. Özünə Gədəbəyə topladığı maliyyə imkanları hesabına iri biznes şəbəkəsi qurub. Bir müddət sonra Azərbaycanın təxribat maşını hesab olunan dağıdıcı müxalif ünsürlərlə əlaqə quraraq onlarla əməkdaşlıq etməyə başlayıb. Yenə də bir məlumatı xatırladaq ki, bir qədər əvvəl mətbuatda Saleh Rüstəmovun AXCP sədri Əli Kərimliyə və onun informasiya təbliğatçısı Qənimət Zahidə böyük məbləğdə maliyyə vəsaiti verdiyi barədə xəbərlər yayılmışdır. Bu məlumatları Ə.Kərimli nə təsdiq, nə də təkzib etməsədə Q.Zahid dolayısı ilə S.Rüstəmovdan pul aldıqlarını etiraf etdi. Buradan bir məsələ ortaya çıxır ki, deməli, Söyüdlü kəndində baş verən təxribatlarda Ə.Kərimlinin, Tofiq Yaqublunun və digərlərinin də rolu olub. Təbii ki, istintaq araşdırmaları ilə S.Rüsəmov Ə.Kərimli ilə necə və hansı formada əməkdaşlıq etdiyini aydınlaşdıracaq. Bütün hallarda o fakt bir daha ortaya çıxır ki, Ə.Kərimli, ölkəmizdə baş verən təxribatlarda ya birbaşa iştirak edir, ya da dolayısı ilə təxribatlarda iştirak edir. Hüquq mühafizə orqanlarının hələ də Ə.Kərimliyə qarşı hüquqi tədbirlər görməməsi bir qədər təəccüb doğurur, həm də başa düşülmür.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə