Azərbaycan Türkiyə qardaşlığını bütün dünyaya bildirən Şuşa Bəyannaməsi ŞƏRH
İkinci Qarabağ müharibəsində qələbəmizin simvoluna çevrilən Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə idi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan edib. İki qardaş ölkə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. Ona görə ki, yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. Ölkəmiz təkcə Türkiyə ilə yox, Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Qeyd etmək lazımdır ki, Azərbaycanda daxili sabitlik olmasa iqtisadiinkişafdan da danışmağa dəyməz. Cənab Prezidentin uğurlu daxili siyasətinəticəsində Azərbaycan iqtisadiyyatı güclü təməl üzrə qurulub və çoxşaxəli iqtisadi sistem yaradılıb. Eyni zamanda neftən asılılıq ortadan qaldırılıb və istər qonşu, istərsə də dünyanın bir çox dövlətləri ilə qarşılıqlı əlaqələr qurulub.Təbii ki, Ordunun gücləndirilməsi üçün güclü iqtisadiyyat lazım idi. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlərdə həyata keçirilən siyasətin əsasında dayanır.
Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində iqtisadiyyatımız daha da inkişaf edir. İqtisadi müstəqilliyin möhkəmləndirilməsi ölkəmizin siyasi müstəqilliyində də öz sözünü deyir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu günbəgün artır. Eyni zamanda ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz genişlənir. Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu atılan addımlarda, əldə edilən uğurlarda özünün aydın ifadəsini tapır. Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Qələbəmizi şərtləndirən amillərdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimiz Vətənə bağlıdır və Vətən müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və getdilər. Cəmiyyətdə milli birlik, həmrəylik ideyaları üstünlük təşkil etdi. Azərbaycanda bir ailə kimi yaşayan bütün xalqların nümayəndələri Qarabağ uğrunda ölümə gedirdilər. Bu, Azərbaycanın böyük dəyəridir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB