Heydər Əliyevin irsi gənclərə mirasdır

Hər bir dövlətin tarixində adını qürurla, qızıl hərflərlə yazdığı real tarixi şəxsiyyətlər olub. Məhz elə bir şəxsiyyətlərdən biri də müasir Azərbaycanın ilk təməl daşını qoyan Ümummilli Lider Heydər Əliyevdir. Milli mənəvi oyanışın bayraqdarı olan, xalqın təkidi ilə hakimiyyətə gələn dahi lider qısa zaman ərzində respublikanın içində olduğu vətəndaş müharibəsi, orduda özbaşınalıq, dövlət qurumlarında hökm sürən rüşvətxorluq və korrupsiyanı aradan qaldıraraq sivil toplum, təhlükəsiz cəmiyyət, nizam-intizam və dövlətçilik ənənələrimizin əsasını qoydu.

Bu bir reallıqdır ki, bugün Azərbaycan deyərkən ilk ağla gələn şəxs məhz Heydər Əliyevdir. Zamanında ümummilli lider tərəfindən həyata keçirilən təhsil islahatları ölkəmizin sosial-iqtisadi həyatında mütərəqqi inkişafın başlanğıcı oldu. Gənclərimizin xarici dövlətlərdə ixtisas artırdı, xüsusilə hərbi biliklərin artırılması və onların təcrübəli zabit kimi formalaşması istiqamətində atılan addımlar 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədə böyük rol oynadı. Ulu öndərin tarixi arzusu reallığa çevrildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi o, ata vəsiyyətini həyata keçirdi və torpaqlarımız işğaldan azad olundu. Artıq biz Şuşada və digər azad olunmuş şəhər və kəndlərimizdə qürurla gəzirik. Ucalan Azərbaycan bayrağı hər birimizin qəlbini qürürlandırır.

Müasir Azərbaycanın əldə etdiyi uğurlar, xüsusilə beynəlxalq ticarətdə etibarlı tərəfdaş olması inkarolunmazdır. Ulu Öndərin müəllifi olduğu “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqeyə sahib oldu. Enerji strategiyası sayəsində Azərbaycan iqtisadiyyatı milli gəlirlərini dəfələrlə artıra bilmişdir. Azərbaycan xalqının sosial-iqtisadi vəziyyəti, maddi rifah halı yüksəlmişdir. Neft strategiyası ulu öndərin təməlini qoyduğu misli görünməmiş iqtisadi nailiyyətdir.

Ümummilli Liderin dövlətçilik konsepsiyası tək 20-ci əsrdə baş verən hadisələrideyil, həmçinin böyük zəfərə gedən yolda atılan düşünülmüş addımları səciyyələndirən mühüm tarixi faktdır.

Biz gənclər yoxdan vara uzanan bu şərəfli yolda daima Prezident İlham Əliyevin siyasətini dəstəkləməli, ulu öndər Heydər Əliyevin siyasi irsini əbədiyaşar olmasına öz töhfəmizi verməyə çalışmalıyıq.

Adəm Babayev
BMU YENİ Klubun rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə