Laçından verilmiş mesaj əsas strateji hədəfimiz - ŞƏRH

Laçından verilmiş mesaj əsas strateji hədəfimiz - ŞƏRH

YAP Abşeron rayon təşkilatının sədri
Abbas Əliyev


Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyevin sözlərinə görə Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş Laçında qısa müddətdə yaşayış üçün həyati infrastruktur bərpa olunub, Laçın işğaldan əvvəl olduğundan daha görkəmli olub. Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Laçına artıq ilk köç həyata keçirilib. I mərhələdə Laçında dörd minə yaxın insan məskunlasaçaq. Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Abbas Əliyev bildirib ki, qayıdış prosesinin Laçından başlanması təsadüfi deyil. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Bu bölgədə sakinlərin qayıdışına başlaması və yerləşdirilməsi strateji əhəmiyyətə malikdir. Sizə Laçında Cənab Prezidentin çıxışındakı bir məqamı deyim. Cənab Prezident bildirdi ki, Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və məhz noyabrın onuna qədər gedən danışıqlar nəticəsində mən təkidlə nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni zamanda, ilyarım ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik, xahiş edirik, buradan çıxın. Sonra bizdən xahiş olundu ki, müəyyən vaxt verilsin, avqustun iyirmi beşinə kimi vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Avqustun iyirmi altısı biz laçına qayıtdıq .

Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür.Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, otuz ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi on bir il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu.Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək.

Mən sizi həm qayıtmağınız, həm də bayram münasibətilə təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram

Bütün xəbərlər Facebook səhifəmizdə