“Xarici siyasətdə hər zaman tarazlaşdırılmış mövqe ön planda olub” - POLİTOLOQ ŞƏRH ETDİ

“Avrasiya İqtisadi Birliyi 2014-cü ildə Rusiya, Qazaxıstan, Belarus dövlət başçıları tərəfindən yaradılmış, adından da məlum olduğu kimi iqtisadi ittifaqdır. Putinin yeni SSRİ layihəsinin tərkib hissəsidir, ölkələr arasında iqtisadi əməkdaşlığa təşviq edəcək bir təşkilatdır. Lakin ümumi mənzərəsinə baxdıqda təşkilatı siyasi birlik olaraq da qiymətləndirmək mümkündür. Azərbaycanın xarici siyasətində hər zaman tarazlaşdırılmış mövqe ön planda olub. Rusiyaya, Qərbə yönəlik siyasətdə də hər zaman tarazlaşmanı görmüşük. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, biz heç bir zaman hərbiləşmiş təşkilatlara üzv olmama mövqeyini tutmuşuq: “Bu da özünü NATO-ya olan münasibətdə də göstərib.

Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə də əməkdaşlığını hər zaman davam etdirib. Bu əlaqələrin inkişafı bizə iqtisadi inkişafımız baxımından da dividentlər bəxş edir. Hazırda bu əlaqələr daha da inkişaf etməkdədir. Bunun bir nümunəsi də Ali Avrasiya İqtisadi Şurasının iclasına cənab Prezidentin qonaq qismində dəvət olunmasıdır ki, bu ölkəmizə verilən dəyərin göstəricisidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə