"Rusiya-Ukrayna müharibəsi artıq yekun mərhələsinə daxil olub" - POLİTOLOQ ŞƏRH ETDİ

"Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi artıq yekun mərhələsinə daxil olub. Xüsusilə, Ukraynanın müdafiə qalası hesab olunan Baxmutun işğal olunması kifayət qədər böyük hərbi və ideoloji məğlubiyyət olaraq qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, artıq bu mərhələdə danışıqların bərpa olunması labüd xarakter daşıyır: "Lakin çox təəssüflər olsun ki, bu istiqamətdə real addımlar müşahidə edilmir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, birləşmiş Qərb Rusiya işğalına qarşı Ukraynanın ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli mövqe nümayiş etdirmədiyi halda, Kiyevə qarşı olan hücumlar onun işğalı ilə bağlı dəhşətli fəlakət ssenarilərinin reallaşması ilə nəticələnə bilər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə