"Yəhudilərdən ölkəmiz haqqında çox müsbət fikirlər alıram" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir. Biz bununla fəxr edirik". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bizim dostluğumuzun, hətta qardaşlığımızın kökü var: "Bu kökü isə hələ sovet dönəmindən öncə tarixən burada yaşayan yəhudi qardaş və bacıları olub. O vaxtdan da bu günə qədər bizim münasibətlər yalnız inkişaf edib".

Deputat sözlərinə belə davam edib: "Bu günləri yeni münasibətlərimiz də çox yaxşı inkişaf edir. Məlumdur ki, biz İsraildə səfirlik açdıq, mühüm layihələr həyata keçiririk, iqtisadi münasibətlər inkişafdadır və hərbi texnologiyalarla münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Xüsusilə, kənd təsərrüfatında İsrailin böyük bir təcrübəsi var və o layihələr indi Azərbaycanda, həm də Qarabağda həyata keçirilir.

Bu münasibətlər onu göstərir ki, iki xalq arasında çox sıx əlaqələr var. Bu günə qədər də mən Azərbaycanda yaşayan yəhudilərdən ölkəmiz haqqında çox müsbət fikirlər alıram. Onlar Bakını əsl sevənlərdəndir. Həmçinin Azərbaycana və Bakıya yüzlərlə mahnılar bəstələyib, bizim mədəniyyətimizi, qonaqpərvərliyimizi çox bəyənirlər. Münasibətlərimiz strateji münasibətlərdir. Biz strateji müttəfiqik və bir-birimizə beynəlxalq arenada dəstəyik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə