“Azərbaycan dünya siyasətinə təsir edən ölkədir“ - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün Azərbaycanın beynəlxalq imici olduqca yüksək səviyyədədir. Ölkəmiz dünyada güclü dövlət kimi tanınıb, qəbul edilir. 28 may müstəqillik günü münasibətilə Azərbaycan Prezidentinin ünvanına gələn təbriklər də Azərbaycanın illər ərzində əldə etdiyi uğurların təsdiqidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycana bir çox dövlətlərin münasibəti müsbət mənada dəyişib: “Eyni zamanda Rusiya-Ukrayna müharibəsindən daha da kəskin olan Şərqi Avropanın enerji ehtiyatlarına olan ehtiyacının təmin olunmasında ölkəmizin rolu artıb. Avropanın əksər dövlətləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. Təbii ki, istisnalar da var. Bu gün Azərbaycan dünya siyasətinə təsir edən ölkədir. Azərbaycanın bir çox mühüm beynəxalq layihələrdə iştirakı və rəhbərlik etməsi ölkənin nüfuzunu daha da artırıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə