"Biz prezidentimizə, Cümhur İttifaqına inanırıq” - ÇAVUŞOĞLU

"Biz prezidentimizə, Cümhur İttifaqına inanırıq” - ÇAVUŞOĞLU

“Seçkilərin nəticələri yaxşı olacaq, narahat olmayın”. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada bildirib.

“Səslərin sayılması davam edir. Gecə-gündüz çalışan bütün dostlarıma təşəkkürümü bildirirəm. Biz prezidentimizə, Cümhur İttifaqına inanırıq”, - o əlavə edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb. Hazırda seçki məntəqələrində səslər sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə