Sədr beynəlxalq təşkilatları baş verənlərə cavabsız qalmamağa çağırıb

Sədr beynəlxalq təşkilatları baş verənlərə cavabsız qalmamağa çağırıb

"Ermənistan bu gün Qarabağda gedən bərpa-quruculuq işlərinə mane olmaq istəyir". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev deyib.

"Təkcə 44 günlük Vətən müharibəsi dövründə 301 nəfər mina qurbanına çevrilib. Onlardan 57 nəfəri həyatını itirib. Ermənistan üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur, mina xəritələrini vermir. Mülki əhaliyə qarşı bu cür amansızlığı pisləyirik. Beynəlxalq təşkilatları buna cavabsız qalmamağa çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə