“Azərbaycan anaları içərisində Zərifə Əliyeva ən yaxşı nümunədir“ - DEPUTAT DANIŞDI
“Azərbaycan tarixində akademik Zərifə xanım Əliyevanın əmək və fəaliyyəti mühüm yer tutur. Hər şeydən əvvəl Zərifə Əliyeva özünün bütün həyatını Azərbaycanda oftolmalogiyanın, tibbin inkişafına həsr etmiş və bu sahədə kifayət qədər ixtiralara imza atmışdır. Məhz Zərifə Əliyevanın fəaliyyəti nəticəsində yeni-yeni elmi kəşflər edilməsi ilə bərabər, həm də həmin dövrdə Azərbaycan üçün çox böyük problemlərdən olan görmə qabilliyyətinin yüksəldilməsi, bu istiqamətdə problemlərin aradan qaldırılmasında xüsusi bir rol oynamışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib.

Onun sözlərinə görə, digər tərəfdən Zərifə Əliyevanın Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olması ilə də biz fəxr edə bilərik: “Akademik Zərifə Əliyevanın Ulu Öndər ilə birgə çiyin-çiyinə çalışması, onun sədaqətli həyat yoldaşı və gözəl ana, qayğıkeş insan olması Ümummili Liderin sonrakı fəaliyyətində də özünü göstərməkdədir. Ulu Öndər də Zərifə Əliyeva ilə bağlı danışarkən, onun bu müsbət xüsusiyyətlərini hər zaman qeyd edirdi.
Ən mühüm məqamlardan biri isə Zərifə Əliyevanın bir ana kimi Azərbaycan tarixində oynadığı roldur. Bütövlükdə Azərbaycan anaları içərisində Zərifə Əliyeva ən yaxşı nümunədir ki, o böyük şəxsiyyət, dövrümüzün lideri cənab Prezident İlham Əliyevin böyüməsi və inkişafında bir ana kimi mühüm rol oynayıb. Bütün bunlar hər birimizin qəlbində Zərifə Əliyevaya qarşı minnətdarlıq hissini formalaşdırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB