"İllər öncə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verən terror aktında bizim tələbə və müəllimlərimiz şəhid oldu, onlara Allahdan rəhmət diləyirəm. Bu hadisə təbii ki, Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin sifarişi idi. Məlum olduğu kimi bu işin də arxasından erməni terrorçuları çıxdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan həmin Azərbaycan deyil: "Hazırda Azərbaycanın təhlükəsizlik orqanları çox yaxşı işləyir.
Təbii ki, heç bir dövlət terrordan sığortalanmayıb. Lakin bugünkü Azərbaycanda bu miqyasda terror törətməyə cürət ediləcəyini güman etmirəm. Azərbaycan dövləti hazırda çox güclüdür, lakin ölkəmizə kənardan təzyiqlər var. Adətən hər hansı bir dövlətə siyasi təzyiq göstərmək üçün həmin dövlətin daxilində qarışıqlıq yaratmağa çalışır, terror aktı törədirlər. Azərbaycanda isə günümüzdə daimi siyasi sabitlik hökm sürür. Cənab Prezident 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda formalaşmış dayanıqlı sabitliyin siyasi memarıdır. Buna görə də ölkəmizdə siyasi sabitliyin daimi olacağına inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB