"Onun gəlişi vəziyyəti daha da gərginləşdirib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Onun gəlişi vəziyyəti daha da gərginləşdirib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan-Ermənistan sərhəddində gərginlik davam edir. Bunun əsas səbəbi Rusiyanın qeyri-konstruktiv təklifləridir. Onlar sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini və ya məntəqəyə ruslarla birgə nəzarət edilməsini təklif edirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi isə qətiyyətlə öz mövqeyini müdafiə edir və bu təkliflə razılaşmır: "Beləliklə Rusiya sülhməramlılarının yeni komandanı proseslərə qarışsa da, heç bir nəticə əldə edə bilmir. Onun gəlişi yalnız vəziyyəti daha da gərginləşdirib. Onun proseslə bağlı ermənipərəst mövqeyi danışıqların konstruktivliyini xeyli azaldıb. Biz isə bugünkü danışıqların və ümumilikdə prosesin gedişatını diqqətlə izləməli və ona uyğun nəticələr çıxarmalıyıq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə