“Vətəndaşlarımızın Ukraynada müharibədə iştirak etməsi düzgün deyil” - Elmira Axundova

“Vətəndaşlarımızın Ukraynada müharibədə iştirak etməsi düzgün deyil” - Elmira Axundova

“Ukraynada vəziyyət çox ağırdır. Orada Azərbaycan vətəndaşları da çoxdur. Lakin valideynləri ilə də dəfələrlə danışaraq, hələki ora getməmələrini məsləhət görürəm. Əgər Ukrayna vətəndaşıdırlarsa bu başqa məsələ, əks təqdirdə isə Azərbaycan vətəndaşı olaraq orada müharibədə iştirak etmək düzgün deyil”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Heydər Əliyev irsinin tədqiqatçısı Elmira Axundova bildirib.

Onun sözlərinə görə, buna Azərbaycan qanunvericiliyi də yol vermir və onu muzdlu işçi kimi qəbul edir: “Təbii ki, belə hallar yaşandıqda vətəndaşlar arasında da narazılıqlar yaranır. Kiyevdə isə vəziyyət daha yaxşıdır, çünki orada bir çox hücumları dəf edə bilirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə