"Məhbusların əfv edilməsi ədalətin təməlindən xəbər verir" - DEPUTAT ŞƏRH ETDİ

"Məhbusların əfv edilməsi ədalətin təməlindən xəbər verir" - DEPUTAT ŞƏRH ETDİ

"Bugünlərdə gözlənilən əfv fərmanı əlbəttə ki, Azərbaycan Prezidenti tərəfindən verilən ilk əfv fərmanı deyil. Bilirik ki, davamlı olaraq cənab Prezident tərəfindən ölkəmiz, ictimai siyasi həyatımız üçün əhəmiyyətli olan tarixlərdə belə əfv fərmanları imzalanır. Belə hadisələrə daha çox bayramlar ərəfəsinə rast gəlir". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyb.

Onun sözlərinə görə, bu dəfəki əfv fərmanı da növbəti bir humanizm aktıdır: "Bildiyiniz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən ard-arda təkliflər irəli sürdü və onun təşəbbüsü ilə ölkədə ümumi amnistiya elan edildi. Düşünürəm ki, ölkəmizdə həyata keçirilən bütün sosial-siyasi və məhbusların əfvi ilə bağlı layihələrin hər birinin arxasında insan amili dayanır. Kimliyindən asılı olmayaraq öz səhvini başa düşən, islah olan məhbusların əfv edilməsi təbii ki, böyük humanizm ideyalarından, ədalətin təməlindən xəbər verir. Belə bir qərar nəinki əfv olunacaq məhbusları, onların ailələrini də sevindirir, onlar üçün də əhəmiyyətli bir hadisədir. Biz bunun üçün ölkə başçımıza minnətdarıq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə