"Azərbaycan artıq bu hadisəyə öz mövqeyini bildirib" - POLİTOLOQ DANIŞDI
"Yolunu azaraq düşmən bölgəsinə keçən əsgərlərimizə qarşı Ermənistanın göstərdiyi davranış onların xislətinə uyğun olsa da, beynəlxalq hüquqa zidd hərəkətdir. Bu davranış həm 1967-ci ildə hərbi əsirlər haqqında qəbul olunmuş beynəlxalq konvensiyaya, həm də Cenevrə konvensiyasına ziddir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, hərbi əsirin mülki adamlar tərəfindən döyülməsi ancaq ermənilərə xas olacaq bir şeydir: "Azərbaycan artıq bu hadisəyə öz mövqeyini bildirib. Prokurorluq tərəfindən işgəncə tətbiq edənlərə qarşı cinayət işi açılıb. Ombudsman Səbinə Əliyeva da məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi. Müdafiə Nazirliyi, eyni zamanda, Xarici İşlər Nazirliyi kifayət qədər kəskin bəyanatla çıxış edib. Görünən odur ki, Azərbaycanda bu məsələ ilə bağlı hər hansı bir boşluq yoxdur".
Politoloq sözlərinə davam edərək bildirib ki, beynəlxalq hüquqa əsasən əsirlər Azərbaycana qaytarılmalıdır: "Ermənilər yenə də uğursuz bir addım atdılar. Onlar əsgərlərimiz əsir düşmədən öncə bizimkilər tərəfindən erməninin öldürüldüyünü qeyd ediblər. Əgər elə idisə, onda niyə vaxtında hərəkətə keçmirdilər?! Əsir düşdükdən 3 gün sonra əsgərlərimizə qarşı cinayət işi açılıb. Ermənistan bu saxtakarlığı da üz-gözünə bulaşdırdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB