“Ümummilli Lider Konstitusiyamızın hazırlanmasında birbaşa iştirak edib“ - HÜQUQŞÜNAS DANIŞDI

“Ümummilli Lider Konstitusiyamızın hazırlanmasında birbaşa iştirak edib“ - HÜQUQŞÜNAS DANIŞDI

“Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan qanunvericiliyində əsaslı dəyişikliklərin edilməsi istiqamətində bir çox işlər görmüşdür. Bunların içərisində isə ən vacibi isə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında görülən işlər idi. Belə ki, 1991-ci ildə müstəqilliyimizi əldə etməyimizə baxmayaraq, ölkədə hökm sürən daxili hərc-mərclik və çəkişmələr konstitusiyanın qəbul olunmasında müəyyən gecikmələr yaratmışdı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra isə ilk olaraq görülən ən vacib işlərdən biri konstitusiyanın qəbul olunması idi”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, YAP Binəqədi rayon təşkilatının fəal üzvü Zaur Quliyev bildirib.

Onun sözlərinə görə, Ümummilli Lider qəbul olunacaq konstitusiyanın hazırlanmasında birbaşa iştirak edib. Bu istiqamətdə xarici ölkəkərin konstitusiyaları araşdıralaraq, Azərbaycan adət-ənənələrinə uyğunlaşdırılması işlərində yaxın iştirak edən Ulu Öndər öz fikir və tövsiyyələrini diqqətə çatdırırdı. 1995-ci il səsvermə ilə konstitusiyamız qəbul olundu. Bu gün Azərbaycan konstitusiyasının böyük bir hissəsini vətəndaşların hüquq və azadlıqları ilə bağlı maddələr təşkil edir. Düşünürəm ki, Ulu Öndərin konstitusiya baxımından atdığı addımlar içərisində ölüm hökmünün ləğvi xüsusi əhəmiyyət daşıyır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə