"Terrorun beşiyinin İslam dəyərlərindən danışması həyasızlıqdır" - ELŞƏN MUSAYEV
"İran parlamentinin son bəyanatı daha bir həqiqəti yenidən bütün çılpaqlığı ilə ortaya qoydu. Fars-molla rejiminin 210 özü sifətlisi oturub qərar verib ki, Azərbaycan tərəfi İslama xəyanət edir. Narko ticarətin xaç atası, terrorun beşiyinin İslam dəyərlərindən danışması həyasızlığın ən son nöqtəsidir. Məsciddə donuz saxlayanı süfrə başına oturdanın, din adı altında hər işlə məşğul olaraq İslamdan danışması birmənalı şəkildə riyakarlığın ən pik nöqtəsidir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşən Musayev deyib.
Onun sözlərinə görə, İran çox vacib bir məqamı unudur: "Əgər Azərbaycana qarşı aylarla-illərlə hazırlanan bir terroru Vüsal adlı igidimiz əngəlləyə bilibsə, İran bir daha düşünsün ki, ölkəmiz hansı gücə sahibdir. İranda təqvim ili 1402, Azərbaycanda isə 2023-dür. Demək ki, fərq zaman və zehniyyət fərqidir. Onu da qeyd edim ki, bizim radikal müxalifətdəki vətənşüvənlərin səsi çıxmır. Deyəsən internetləri kəsilib və informasiya ala bilmirlər. Belə yaramaz ünsürlər əmin olsun ki, Azərbaycanın yıxıldığı günü heç vaxt görməyəcəklər. Tanrı dövlətimizi belələrindən qorusun".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB