"Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - HEYDƏR ƏLİYEV STRATEGİYASI
Bəli, bu gün ulu öndərin layiqli davamçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu vəsiyyətini reallaşdırdı. Ümummilli liderimizin arzuladığı bir Azərbaycan var, dövlətçilik əmin əllərdə yaşayır və Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır. Və ruhun şad olsun ulu öndər, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, şanlı bayrağımız Qarabağ torpağında dalğalanır və Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!
PREZİDENT İLHAM ƏLİYEV: "Əldə edilən hər bir uğurumuz Heydər Əliyevin xidmətləridir"
Bəli, bu gün ulu önədərin layiqlai davamçısı Azərbaycan Prezidenti İlham Əliyev onun arzularını gerçəkliyə çevirib. Artıq qalib xalq kimi ulu öndərin ad gününün 100 illiyini fərqli ovqat, böyük coşqu və qalib xalq kimi qarşılayır. Ən əsası isə, məhz 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili ilə bağlı Prezident İlham Əliyev cənablarının 29 sentyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı ulu öndərin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir.
Sərəncamda deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".
Bəli, bugünkü günün memarı olan ümummilli liderin arzuları artıq həyata keçirilib. Bütün fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr edən ulu öndərin yarımçıq qalmış ideyalarını dahi şəxsiyyətin siyasi məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə Müzəffər Azərbaycan Ordusu rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gün ərzində xalqımızın 30 illik yurd həsrətinə birdəfəlik son qoydu, Ermənistanı diz çökdürdü. Və 2020-ci ilin noyabrın 10-da Ermənistan dövləti kapitulyasiya oldu. Azərbaycan qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi strategiyası sayəsində öz gücünə torpaqlarımızı işğaldan azad etdi. Bununla da ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Biz doğma Qarabağımıza qovuşduq!.
"QARABAĞ MƏSƏLƏSİNİ HƏLL EDƏCƏYİK. ZAMAN LAZIMDIR, VAXT LAZIMDIR. AZƏRBAYCAN TORPAQLARI HEÇ VAXT ONUN ƏLİNDƏN GEDƏ BİLMƏZ. BİZİM İŞĞAL OLUNMUŞ TORPAQLARIMIZ MÜTLƏQ QAYTARILACAQDIR"
Bəli, tarix ən ədalətli hakimdir və bu gün Zəfərə gedən yolun əsasında tarixi şəxsiyət, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Bu 1969-cu il iyulun 14-ü ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir.
Ulu Öndər Heydər Əliyev bütün çıxışlarında, siyasi fəaliyyətində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışırdı. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdüyü vəziyyət haqqında dünya ictimaiyyətinə ətraflı məlumat verən Ulu Öndər özünün qətiyyətli və prinsipial mövqeyini bir daha nümayiş etdirir: "Əlbəttə ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin - Ermənistanın Avropa Şurasının üzvü olan digər ölkənin - Azərbaycanın ərazilərini işğal etməsinə yol verməməliyik".
Böyük şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin dekabrın 24-də MDB dövlət başçıları şurasının iclasında səsləndirdiyi, tutarlı faktlara əsaslanan bəyanatı da diqqət çəkirdi: "Təəssüflər olsun, son dövrün təcrübəsi göstərir ki, qətiyyətsizlik, tərəddüdlük, təcavüzkarın mənafeyi ilə onun qurbanlarının mənafeyi arasında tamamilə yolverilməz olan tarazlıq yaratmaq nəinki təcavüzkara münasibətdə səhlənkarlıqdır, həm də bütün Qafqaz regionunda əmin-amanlığı sarsıtmaq və münaqişənin MDB sərhədlərindən kənara genişlənməsi qorxusu törədir. Bütün bunlar Kollektiv Təhlükəsizlik haqqında müqavilə imzalamış MDB ölkələrindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün səbəblərinə və onun nəticələrinə ciddi yanaşmağı tələb edir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, baş verən hadisələr təkcə bizim regiona deyil, həm də bütün MDB məkanına aiddir".
YA AYAĞA QALXIB TORPAQLARIMIZI AZAD ETMƏLİ, YA MƏHV OLMALI, YA DA MİLLƏT OLMADIĞIMIZI ETİRAF ETMƏLİYİK!
Ulu öndərin “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik” siyasi fəlsəfəsində Azərbaycan xalqı həmişə güclü olub. Və güclü xalqın böyük şəxsiyyəti, müasir Azərbaycanın qurucusu iyirmi il SSRİ və Azərbaycan SSR Ali sovetlərinin deputatı, beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev gücü qarşısında tab gətirə bilmədikləri üçün ümummilli lider 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verdi.
HEYDƏR ƏLİYEVİN İKİNCİ DƏFƏ AZƏRBAYCANA RƏHBƏRLİK ETMƏSİ ERMƏNİLƏRİN KABUSUNA ÇEVRİLDİ
Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü oldu. Bu əlamətdar gündən ötən 29 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Və 1993-cü ildən yenidən ölkəyə rəhbərlik edən ulu öndərin Azərbaycanda hakimiyyəti gücləndirməsi Qarabağı müvəqqəti olaraq işğalda saxlamağı bacaran Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün kabusa çevrildi. Ümummilli lider hər bir səfəri, beynəlxalq tədbirlərdə iştirakı, çıxışlarında Qarabağ məsələsini daim diqqətdə saxlayır, işğalçıların mənfur siyasətini dəmir məntiqi ilə ifşa edirdi. Hələ ulu öndər prezident səlahiyyətlərini həyata keçirən zaman ATƏM-in Dağlıq Qarabağa dair Minsk Konfransının sədri Margioa Raffaelli ilə birgə mətbuat konfransında münaqişəyə dair əsl həqiqətləri beynəlxalq mətbuatın diqqətinə çatdırmış, qarşı tərəfin bölgəyə səfərlərin təşkil olunmasında süni əngəllər yaratmasını ifşa etmişdi.
“Minsk konfransının, hörmətli beynəlxalq təşkilat olan ATƏM-in, Birləşmiş Millətlər Təşkilatının nüfuzu böyük olsa da, Dağlıq Qarabağla bağlı münaqişənin dincliklə aradan qaldırılması sahəsində istər ATƏM, istərsə də Minsk konfransının ötən dövrdə gördüyü iş, göstərdiyi səylər, təəssüflər olsun, heç cür bir nəticə verməmişdir. Biz böyük təəssüflə qeyd edirik ki, bir tərəfdən həmin dövrdə həm Minsk konfransı, həm də ATƏM münaqişənin dincliklə aradan qaldırılması istiqamətində fəaliyyət göstərmişdir, digər tərəfdən, bu dövrdə müharibə getmiş, qan tökülmüşdür, erməni silahlı birləşmələri Azərbaycan ərazisində dəfələrlə təcavüzkar basqınlar etmişlər və bu müddət ərzində Azərbaycan ərazisinin bir hissəsini erməni silahlı birləşmələri işğal etmiş, ələ keçirmişlər”, - deyə ulu öndər zamanında bu qurumun yarıtmaz fəaliyyətini tənqid etmişdi.
DÜNYA BİLMƏLİDİR, O CÜMLƏDƏN ERMƏNİSTAN BİLMƏLİDİR Kİ, BİZ HEÇ VAXT TORPAQLARIMIZIN BİR QARIŞINI DA HEÇ KƏSƏ VERMƏYƏCİYİK
Ruhut şad olsun ulu öndər, bu gün Sizin deyiyiniz kimi: "Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq". Artıq arzularınız reallaşıb.
Uulu öndər: «Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır» - fikrini deyərkən inanırdı ki, o gün tezliklə olacaq və yurdumuz düşmən əsarətindən azad olunacaq, memarı olduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da güclənəcək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirəcək və qüdrətli ordusu ilə tarixi ədaləti bərpa edəcək. Artıq bu gün…
HEYDƏR ƏLİYEV İDEYALARININ İŞIĞINDA - DİNAMİK İNKİŞAF EDƏN, ƏRAZİ BÜTÖVLÜYÜ BƏRPA OLUNAN AZƏRBAYCAN
Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev son 19 ildə ümummilli liderin ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz ulu öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Ruhun şad olsun, ulu öndər, artıq 28 ildən sonra Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Bəli, bu gün müstəqil Azərbaycanın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyev ulu öndərin siyasətinin ardıcıllığını uğurla təmin edir. Sərəncamda vurğulandığı kimi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli ulu öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Və ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.
Bir sözlə, böyük ulu öndər şəxsiyyətin ideyaları və əməlləri zaman bilmədən respublikamızda əbədiyyətə qədər davam edəcək. Ulu öndər buna inanır və deyirdi: "Mən Azərbaycanda əbədi olacağam".
Çünki Prezident İlham Əliyev cənablarının dediyi kimi: «Əldə edilən hər bir uğurumuz Heydər Əliyevin xidmətləridir».
Və bütün bunlar AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və məqsədyönlü fəaliyyəti Heydər Əliyevin yandırdığı ocağın heç zaman sönməyəcəyinə əminlik yaradır. Çünki ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə təməlini qoyduğu siyasi irsi, ata vəsiyyətini 19 ildir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev layiqincə, şərəflə, inkişaf etdirməklə həyata keçirir. Və müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ideyaları bundan sonra da müstəqil Azərbaycanın nailiyyətlərinin fövqündə dayanacaq. Çünki Bu yol - Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur. Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ideyaları bundan sonra da müstəqil Azərbaycanın nailiyyətlərinin fövqündə dayanacaq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB