“Bu hadisə Ermənistanın sülh və əməkdaşlıqdan uzaq olduğunu göstərir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bu hadisə Ermənistanın sülh və əməkdaşlıqdan uzaq olduğunu göstərir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“5 martda Xankəndi- Xəlfəli yolunda baş vermiş hadisə Ermənistanın sülh və əməkdaşlıqdan uzaq olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Ermənistan çalışır ki, gizli yollarla Qarabağdakı separatistləri silahlandırsın: “Azərbaycanın ekoaktivistlərin və ictimai fəallarının Laçın-Xankəndi yolunda aksiyanın keçirilməsinə davam etməsi Ermənistanın çox niyyətlərinin qarşısını almışdır”.

Deputat sözlərinə belə davam edib: “Artıq 3 aya yaxın vaxtdır ki, Ermənistan separatçılara silah-sursat göndərə bilmir. İndi də gizli yollara əl ataraq öz işlərini davam etdirməyə çalışırlar. Amma Ermənistan unudub ki, bu yolların keçdiyi və bu gün separatçıların məskunlaşaraq qaldığı ərazilər Azərbaycan torpaqlarıdır və göz bəbəyi kimi qorunur. Həm də Xankəndiyə yüklərin daşınmasına və ancaq humanitar məqsədlər üçün istifadə olunmasına yeganə Laçın -Xankəndi yolunda icazə verilir. Qalan gizli yollarda hərəkətə icazə yoxdur və belə hallar yenidən təkrar olunarsa dərhal məhv ediləcəkdir. Azərbaycan söz sahibidir və yenidən öz ərazilərində separatçı meyillərin baş qaldırılmasına heç vaxt imkan verməyəcək. Təbii ki, bu gün ordumuzun döyüş qabiliyyəti həmişəkindən də yüksəkdir. Ermənistan əgər silahlı münaqişəyə yenidən əl atarsa, bu, onların axırına çıxardacaq və tarixi torpaqlarımızı da işğaldan azad edəcəyik. Ona görə də Ermənistanla Azərbaycan arasında müharibə yenidən baş verərərsə, nə ilə sonlaşacağını qabaqcadan fikirləşməlidir. Ermənistan dərk etməlidir ki, onların yeganə çıxış yolu Azərbaycanın uzatdığı sülh əlinə sülh ilə cavab verməkdir. Əks halda bir toplum olaraq məhv olacaqlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə