"Türkiyə Azərbaycanın bu dəstəyini çox yüksək qiymətləndirir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Türkiyə Azərbaycanın bu dəstəyini çox yüksək qiymətləndirir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Məlum olduğu kimi, Türkyədə zəlzələ baş verən ilk gündən bu məsələyə ən həssas münasibət göstərən ölkələrdən biri də Azərbaycan oldu. İlk gündən cənab İlham Əliyev Türkiyə Prezidentinə zəng edərək öz dəstəyini bildirdi. O, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu xüsusi vurğuladı". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Türkiyəyə Azərbaycanın ayrı-ayrı qurumları və FHN nümayəndələri ezam olundular: "Onların Türkiyədə bu istiqamətdə müəyyən işlərə dəstəyi başlanıldı. Əvvəlki dövlərdə də Azərbaycanla Türkiyə bir çox məsələlərdə birlikdə olmuşdular və bu istiqamətdə hər iki dövlət biri-birinə dəstəyini bildirmişdi. Bu baxımdan Prezidentin Türkiyəyə səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Türkiyəyə olan dəstəyi bu səfərlə bir daha məlum oldu".

Deputat sözlərinə belə davam edib: "Səfər Azərbaycanla Türkiyənin hər zaman birlikdə olduğunu göstərdi. Necə ki, Vətən müharibəsində Türkiyə bizim yanımızda olmuşdu, indi də Azərbaycan Türkiyənin yanındadır. Bu səfər əlaqələrimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Bu əlaqələrin növbəti mərhələdə daha da inkişaf etdiyini görəcəyik. Türkiyə də Azərbaycanın bu dəstəyini çox yüksək qiymətləndirir. Azərbaycanla Türkiyə dost-qardaşdır və onlar həm yaxşı, həm də pis gündə biri-birinə dəstəkdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə