Prezident: Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişdi

Prezident: Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişdi

Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişdi. Amma bunun Azərbaycana birbaşa təsiri olmadı.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Mən deyərdim ki, vəziyyət bizə birbaşa təsir göstərməyib. Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib.

Yəqin ki, biz bir daha Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmayacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə