Meksika hökuməti və dövləti erməni soyqırımını tanımır- Senat Prezidenti

Meksika hökuməti və dövləti erməni soyqırımını tanımır- Senat Prezidenti

"Meksika hökuməti və Meksika dövləti erməni soyqırımını tanımır".

Azərbaycanın Meksikadakı səfirliyindən SİA-ya verilən məlumata görə, bu sözləri Meksika Senatının Prezidenti Alexandro Armenta Mier qanunverici orqanın növbəti sessiyası zamanı çıxış edərkən deyib.

O, Meksika hökumətinin və dövlətinin erməni soyqırımının mövcudluğunu tanımadığını bildirib.

Alexandro Armenta Mier söyləyib ki, Meksika Senatı daima münaqişələrin danışıqlar və sülh yolu ilə həll edilməsinin tərəfdarı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə