Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Azərbaycanın Laçın yolu ilə bağlı Qarabağda yaranmış vəziyyətə toxunub və Rusiyanın bunun aradan qaldırılması üçün lazımi addımlar atmasının vacibliyini vurğulayıb.
Bu kontekstdə tərəflər Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının fəaliyyətinə istinad ediblər.
Paşinyan və Putin Ermənistan, Rusiya və Azərbaycan başçılarının 2020-ci il 9 noyabr, 2021-ci il yanvarın 11 və 2022-ci il oktyabrın 31-də imzaladığı üçtərəfli sazişlərin icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Həmçinin Ermənistan-Rusiya əməkdaşlığının gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB