“Bu, açıq şəkildə terror aktıdır” - MEHSA MEHDİLİ

Bildiyimiz kimi, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. SİA mövzu ilə bağlı Ankara Gazi Üniversitesi Uluslararası İlişkiler Doktorantı siyasi şərhçi Məhsa Mehdilinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu, açıq şəkildə terror aktıdır: “Orada yaralanan və ölən şəxslərə Allahdan şəfa diləyirəm. Arzu edirəm ki, bu dəhşətin yükünü tezliklə üzərlərindən atarlar.

Bilirsiniz ki, beynəlxalq hüquq və normalara baxdığımızda hər ölkə törətdiyi əməllərə görə məsuliyyət daşıyır. Ona görə də bu hücumun səbəbkarı elə İranın özüdür”.

Mehsa Mehdili sözlərinə belə davam edib: “İranın siyasi sistemini bilənlər bilir ki, Teheanın ortasında belə bir hücum İranın şərait yaratmaması təqdirində mümkün deyil. Hər halda, İran bu hücumda məsuliyyət daşıyır.

İranda milyonlarla azərbaycanlı yaşayır və Azərbaycanın adını daşıyan dianetler var. Bu, azərbaycanlılara qarşı bir hücumdur. Bu mənada, müsəlman qatili və müsəlmanların torpağını işğal edən bir ölkə başçısının rəsmilərini Tehranda qonaq edərək bir neçə gün sonra Azərbaycanın səfirliyinə belə bir çirkin terror hücumu olur. Bu, əslində, İranın İslamçılıq iddialarını sual altında qoyur. Bu, əslində, İranın nə qədər yalan siyasət yürütdüyünün və İslam adına zərbə vurduğunun göstəricisidir.

Ümid edirik ki, İran məsuliyyətlərini dərk edər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə