"Ordunun yeni taktikalara və döyüş təlimlərinə yiyələnməsinə ehtiyac var" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq təlimlərdə iştirak etməsi ordumuzun dirçəldilməsi baxımından əhəmiyyətli amildir. Xüsusilə də beynəlxalq hərbi təlimlər təcrübə baxımdan olduqca əhəmiyyətlidir. Faktiki olaraq bu təlimlər NATO-nun əsas birləşmələrinin iştirakı ilə həyata keçirilən təlimlərdir. Burada Böyük Britaniya, Almaniya və digər 17 ölkənin iştirak etməsi təlimlərin əhəmiyyətini bir qədər də artırır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusu da dünyanın müasir orduları sırasındadır: "Silahlı Qüvvələrimizin zabit və əsgərlərinin döyüş hazırlığı, bilik və bacarıqları Azərbaycan ordusunun müasir ordular ilə bir cərgədə təlimlərdə iştirak etməsinə imkan verir. Hazırda təlimlərin keçirildiyi relyef dağlıq ərazidir. Bu baxımdan Azərbaycan ordusunun da öz döyüş hazırlığını təkmilləşdirməsi, yeni taktikalara və döyüş təlimlərinə yiyələnməsinə ehtiyac var. Azərbaycan ordusunun bu cür təlimlərdə iştirak etməsi Silahlı Qüvvələrimizin güclənməsi baxımından əhəmiyyətlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə