Stəkanda fırtına – Qarabağ ermənilərinin xuntası necə məhv olur? SİYASİ RAKURS+ÖZƏL

Stəkanda fırtına – Qarabağ ermənilərinin xuntası necə məhv olur? SİYASİ RAKURS+ÖZƏL

Tanınmış politoloqdan maraqlı şərh

Son bir neçə gündür ki, Qarabağ separatçıları arasında kəskin qarşıdurmalar müşahidə olunur. Daha dəqiq desək, Qarabağ ermənilərinin xunta başçısı Araik Arutyunyanla “dövlət naziri”, bir çoxları tərəfindən dələduz kimi tanınan Ruben Vardanyan arasında yaşanan qalmaqallar özünün pik həddinə çatıb. Ziddiyyətlərə səbəb olan ilk məsələ Vardanyanın Arutyunyaınn təyin etdiyi şəxsləri “vəzifələrindən” istefaya göndərməsidir. Digər səbəb isə Vardanyanın açıq-aşkar Azərbaycan hakimiyyətinə qarşı “kəllə atmaq” cəhdləridir ki, bu amil Araik Arutyunyanı ciddi şəkildə narahat etməyə başladıb. Və bütün bunların təfsilatlı şəkildə izahı bir reallığı ehtiva edir – artıq separatçı rejimin cinayətkar fəaliyyətinin sonudur və tezliklə Xankəndi Bakının yuruduksiyası altına keçəcək. Amma buna qədər baş verən proseslərin daha dərindən araşdırılması da maraqdoğurucudur. Məhz bu baxımdan, tanınmış politoloq Fərhad Məmmədovun teleqram səhifəsində yazdığı şərhinə diqqət yerimək kifayət edər.

Balasanyanın “təhlükəsizlik şurası katibliyindən” kənarlaşdırılması şəxslərarası açıq qarşıdurmalara təkan verdi

Onun qeydlərinə görə, bütövlükdə Qarabağ separatçıları arasında baş verənlər birbaşa Laçın yolu üzərində bir aydan çoxdur ki, davam edən ekoaksiya ilə əlaqələndirilir. Belə ki, yeni reallıq Ermənistan və Qarabağ erməniləri tərəfindən cavab reaksiyası ilə formalaşdırılmalıdır, lakin sən demə Vardanyanın təxribatçı xarakterli “mübarizə aparmaq” bəyanatlarından başqa alternativ düşüncələr də var imiş və məhz bu alternativlik cinayətkar rejimin rəhbərliyi arasında kəskin fikir ayrılıqlarına səbəb olub.

SİTAT: “Balasanyanın “təhlükəsizlik şurası katibliyindən” kənarlaşdırılması şəxslərarası açıq qarşıdurmalara təkan verdi. İşə blogerlər, siyasətçilər qarışdılar ki, onlar əsas aktorlarla bağlı messeclər səsləndirdilər. Belə bir qarmaqarışıqlıqda Qarabağ erməniərinə rəhbərlik edən xunta təmsilçilərinə suallar ünvanlandı: bəs kim əlaqələndirici şəxs olacaq? Bakının tələbləri ilə bağlı nə etməyə çalışırlar? Yaxın berspektivdə nə baş verəcək? Bu suallar ətrafında kütləvi cavablar oldu. Onlardan nəticə hasil etməyə çalışaq...”.

Əlaqələndirici şəxs kim olacaq?

Fərhad Məmmədova görə, Vardanyanın ortaya çıxması və idarəçiliyin uzurpasiyası “dövlət nazirinin” mövqeyini həlledici etdi. Varanyanı Bakıdan blok etdilər və anlatdılar ki, onunla hətta asfalt döşəyən səviyyəsində də danışılmayacaq. SİTAT: “Lakin mümkündür ki, başqa təmsilçi olsun və onunla kontakta da getmək olar. Ancaq Vardanyan bir az da irəliyə gedərək mümkün olan əlaqələri də pozdu və hər şeyi özünə tərəf çəkdi. Cavabında Bakının tələbi irəli sürüldü ki, Vardanyan Qarabağı tərk etməlidir”.

Politoloqa görə, hətta əlaqələndirici şəxs tapılarsa belə, Rusiyanın Azərbaycan ərazisindəki əsas ofşorçusunun Bakı ilə kontaktlarda iştirakı mümkünsüzlüyə çevrildi. Bu səbəbdən informasiya məkanında Vardanyanın istefaya göndərilməsi çağırışları səslənməyə başlandı. Bu isə Araik Arutyunyanın “səlahiyyətində” olan məsələdir. Yəni “dövlət naziri” adlı vəzifə seçilən deyil, təyin olunandır. SİTAT: “Burada hətta “DİN” timsalındakı Karen Sarqsyanı əvəzləyici kimi də tapdılar. Yeri gəlmişkən, çox maraqlı fiqurdur... Koçaryanın həyatda olmayan əsas cangüdəninin oğlu. Həmin cangüdən yerli, qarabağlı olub və Koçaryan “prezident” olduğu dövrlərdə - müharibədən əvvəl və sonra “FHN”nin “başçısı” kimi fəaliyyət göstərib, yəni belə desək, döyüşməyib, Azərbaycan tərəfi ilə kontaktlara gedərək həlak olanların nəşlərinin axtarışında iştirak edib...”

Politoloq qeyd edir ki, sonuncu qalmaqaldan sonra Vardanyan öz mövqeyində qalmağı davam etməyi bacaracaqsa Bakı əlavə tədbirlər görməli olacaq, yəni təsir etməli olacaq.

Bakının tələbləri?

“Və burada belə bir informasiya da var ki, yataqlardakı infrastrukturu sökməyə başlayıblar”, deyə qeyd edən Fərhad Məmmədova görə, birincisi bu “Leqo” oyuncaq konstruktoru deyil ki, belə bir sənaye gücü asanlıqla yığılıb-sökülsün. SİTAT: “Azərbaycanın dövlət strukturlarının nümayəndələri birbaşa əraziyə daxil olmalıdırlar ki, bu mövzu aradan qaldırılsın – möhür vurmalı və sonradan yoxlanılmalıdır ki, həmin möhürə müdaxilə olunmasın... İstənilən digər fəaliyyətlər isə sadəcə qəbul edilməyəcək. Hər şey artıq o qədər dərinə qədər gedib ki, onları kosmetik fəaliyyətlə də ört-basdır etmək qeyri-mümkündür”.

Perspektiv necə olacaq?

Beləliklə, politoloq onu da bildirib ki, çölə “seçkilər” barədə söz-söhbətlər atıldı və sonradan həmin fikirlərdən imtina olundu. SİTAT: “Bu cür ehtimal edə bilərəm, “seçkilər” elə bir mövzuya çevrilə bilər ki, həmin mövzu bir tərəfdən Qarabağ ermənilərini paralizə edəcək, başqa tərəfdən isə Azərbaycana birtərəfli fəaliyyətə keçmək üçün səbəb yaradacaq. Mənim nəzərimcə, seçkilərlə bağlı istənilən fəaliyyət Qarabağ erməniləri üçün yolverilməzdir. Belə isə... hələ ki, Qarabağ ermənilərinə rəhbərlik edən xuntanı asılı, daha dəqiq desək, sallaq vəziyyətdə saxlayır”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə