“20 Yanvarda şəhid olan qardaşlarımızı heç vaxt unutmayacağıq” - TÜRK POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“28 il əvvəl Sovet İttifaqının dağılması ərəfəsində Qorbaçov müxtəlif hadisələri bəhanə edərək 50 minlik sovet ordusu ilə Azərbaycanda işğal ab-havası hazırladı ki, guya Ermənistanın maraqlarına xidmət edir. Quldur dəstələri, 1990-cı il yanvarın 20-də isə Bakıda rəsmi məlumatlara görə 133, qeyri-rəsmi olaraq 200-dən çox insanı qətlə yetiriblər. 400 nəfər itkin düşüb, 744 nəfər yaralanıb, yüzlərlə insan həbs edilib. Sovetlər erməniləri dəstəklədilər və dünyanın gözü qarşısında bu soyqırımı törətdilər”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, Qərb bu vəziyyətə hər bir məsələdə olduğu kimi, “sovetlərin daxili məsələsi” kimi baxır: “Lakin sovet imperialistlərinin marionetləri olan ermənilər Azərbaycan türklərinin azadlıq inam və iradəsini, “Bir kərə yüksələn bayraq bir daha enməz” inamını heç cür nəzərə ala bilmədilər.
Bu gün bizim üçün böyük matəm, həm də böyük azadlıq bayramıdır. Azərbaycan və Türkiyə Vahidə Millətinin əkizləridir. Biz sadəcə dost ölkələr deyilik. Biz əkiz qardaşıq, iki azad və müstəqil dövlətik. Dostluqlar bir nöqtəyə qədərdir. Qardaşlıq isə əbədidir.
Bu gün Azərbaycan və Türkiyənin əbədi birliyi iqtisadi, siyasi, mədəni və strateji sahələrdə ən yüksək səviyyədədir. Hər iki qardaş ölkənin dəyərli liderləri buna böyük töhfə veriblər. Allah bu iki məmləkətin və bu iki insanın ömrünü uzun etsin. Onlar heç bir mühitdə digərinin yoxluğunu hiss etdirmir. Türkiyənin olmadığı bir toplantıda cənab İlham Əliyev “burada Türkiyə yoxdursa, mən varam” deyir.
Digər tərəfdən Rəcəb Tayyib Ərdoğan hər beynəlxalq görüşdə Azərbaycandan soruşanda prezidentimiz “Azərbaycanın bütün məsələləri bizim də məsələlərimizdir” deyir”.
Hakan Aktürk sözlərinə belə davam edib: “20 Yanvar 1990-cı ildə baş verən hadisələr Türkiyədə dərin ağrılarla hiss olundu. O zaman bu qara günün ağrısı Məmməd Aslanın “Ağla Qərənfil” adlı şeiri ilə daha geniş kütlələrə çatdı. Bizim qardaşlığımız sümük qardaşlığıdır. Burada birimiz incinsək, Azərbaycandakı qardaşlarımız da eyni ağrıları çəkəcəklər. 20 yanvarda şəhid olan qardaşlarımızı heç vaxt unutmayacağıq. Onların xatirəsini yad etmək məsuliyyətini üzərinə götürənlərin hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm.
Qırğından illər keçməsinə baxmayaraq, dünya bu hadisəyə hələ də susur. Bir daha belə qara və qanlı günləri yaşamamaq üçün bunu dünyaya bəyan etməkdə qərarlıyıq. Biz də Xocalını dünyaya elan etməliyik ki, eyni şeylər bir daha təkrarlanmasın. Türkiyə ilə Azərbaycan arasında münasibətlər möhkəm dostluq deyil. Aramızdakı bağ sivilizasiyamızdan gələn qardaşlıq bağıdır.
20 yanvar can Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızın xatirəsini rəhmətlə anırıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB