“Mənim Prezidentimizə arzum odur ki,…” - YAZIÇI-JURNALİST MÜNASİBƏT BİLDİRDİ
“2022-ci il çox mürəkkəb il oldu. Rusiya-Ukrayna müharibəsi dünyanın nizamını pozdu, həm iqtisadiyyatı çökdürdü, həm siyasi böhrana rəvac verdi. İnflyasiya bütün ölkələrin başı üzərindən Demokl qılıncı kimi asıldı. Bu düzəndə postsovet ölkələri Dünya Birliyi tərəfindən müqəssir elan edilən Rusiyadan üz çevirmək zorunda qaldılar. Azərbaycan manevrlər edərək həm Qarabağın düşməndə qalan ərazisində, həm də əzəli torpaqlarımız olan Zəngəzurda hadisələrin gedişini bizim xeyrimizə xeyli dəyişdi”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-jurnalist, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Azərbaycanın əməkdar jurnalisti Varis Yolçuyev deyib.

Onun sözlərinə görə, üstəlik, Cənubi Azərbaycana yiyələnən İrana da yerini göstərmiş olduq: “Bu xalqın ürəyindən xəbər verən siyasi xətt Azərbaycan Prezidentinin yola salmaqda olduğumuz 2022-ci ildəki uğurudur.
Hər bir ölkə vətəndaşı öz prezidentinin doğum günündə ona ən səmimi təbriklərini çatdırar və arzu edər ki, kaş prezidentin növbəti yaşında heç bir ölkə vətəndaşının həyata keçməmiş arzusu qalmasın. Biri güzəranının düzəlməsini, biri karyera irəliləyişini, biri daha nəyi arzulayar. Mənim şəxsi arzum isə budur - istərdim Azərbaycan prezidenti 62 yaşının təntənəsini Xankəndinə və Xocalıya Azərbaycan bayrağını şəxsən sancmaqla duysun”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB