“Bu adam utanc hissinin necə olmasından xəbərsizdir”
Ermənistanın “Hraparak” nəşri 44 günlük İkinci Qarabağ müharibəsində ölkənin müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanı hədəfə alan yazı ilə çıxış edib. SİA xəbər verir ki, müharibə zamanı ictimaiyyətə cəbhə ilə bağlı yalan informasiyalar verən bu şəxs hələ də özünü heç nə olmamış kimi aparır. SİTAT: “44 günlük müharibədən sonra Ermənistanın müdafiə nazirliyinin sabiq mətbuat katibi Artsrun Ovannisyanın adı sanki təhqir kimi sanılırdı. Ancaq bu adam utanc hissinin necə olmasından xəbərsizdir”.
“Artsrun özünü elə aparır ki, guya heç nə baş verməyib”
Qeyd edək ki, Artsrun Ovannisyana qarşı soaial şəbəkələrdə çoxsaylı ittihamlar səsləndirlir. Misal üçün, Mais Vanoyan adlı sosial şəbəkə istifadəçisinin yazdığına görə, “Artsrun özünü elə aparır ki, guya heç nə baş verməyib” və Ovannisyan ona qarşı sürülən ittihama belə cavab verib. SİTAT: “Mais Vanoyan, əgər siz özünüzü 44 gün ərzində aldadılmış hesab edirsinizsə, bu o deməkdir ki, sizin özünüz bunu belə istəyirdiniz. Aldadılmış olmanız, ya da özünüzü aldadılmış kimi göstərməyiniz sizə sərf edirdi. Aldanmayardınız, mən dəfələrlə bu məsələyə müraciət etmişəm, ona görə də indi burada nə isə yazmağa ehtiyac yoxdur”.
“Axı belə bir bədxassəli şiş birdəfəlik olaraq bizim həyatımızdan nə zaman itəcək?”

“Hraparak”ın jurnalisti onu da sual edib ki, erməni ictimai rəyi bu yalançını necə qəbul edir? “Lakin indi sual başqa məsələdədir: bu cür məxluq orduda xidmət etməyə necə imkan tapır? Axı belə bir bədxassəli şiş birdəfəlik olaraq bizim həyatımızdan nə zaman itəcək? Artsrun bizim gözümüzdən uzaq dünyada yazıq həyatı ilə nə zaman yaşamağa başlayacaq?”.
Xatırladaq ki, Artsun Ovannisyan hazırda da Ermənistanın müdafiə nazirliyinə məxsus idarələrdən birində kiçik vəzifələrdən birini tutmaqda davam edir və bu şəxs 44 günlük müharibə vaxtı, əslində, darmadağın edilən erməni ordusunun Azərbaycan ordusu üzərində “şanlı qələbələri” barədə çoxsaylı yalan informasiyalar tirajlamaqla məşğul idi.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB